• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Gəncədə “Borçalı Nadir”in oğlu maşını belə sürüb-Video

25 Yanvar, 26 / 20:35
A A
Gəncədə “Borçalı Nadir”in oğlu maşını belə sürüb-Video

Gəncədə sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Patrul.az-ın əldə etdiyi məlumata görə, Gəncə şəhərində 77-QR-674 dövlət qeydiyyat nişanlı “Changan” markalı avtomobilin sürücüsü özünə məxsus sosial şəbəkə hesabında yol hərəkəti təhlükəsizliyini ciddi şəkildə pozan videogörüntülər paylaşıb.

Yayılan videolarda gənc sürücünün avtomobili ilə əks istiqamət zolağına çıxaraq qarşıdan gələn nəqliyyat vasitələri üçün real qəza riski yaratdığı açıq şəkildə görünür. Digər görüntülərdə isə Gəncə şəhərinin küçələrindən birində yüksək sürətlə hərəkət edərkən əl əyləcindən istifadə etməklə avtomobili qəsdən fırlatdığı, yəni avtoxuliqanlıq hərəkətləri etdiyi açıq şəkildə görünür.

Sözügedən avtomobili idarə etdiyi iddia olunan şəxs Gəncədə “Borçalı Nadir” kimi tanınan və şəhərdə fəaliyyət göstərən “Borçalı” restoranının sahibinin oğludur.

Patrul.az-ın əldə etdiyi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində “Changan” markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq edən sürücü Ə.Rəhimov saxlanılıb.

Araşdırmalar zamanı sürücünün avtomobilinə əlavə səs siqnalı quraşdırdığı da müəyyən edilib.

 

Sürücü barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Rəhimov 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və 30 sutka inzibati qaydada həbs olunub.(Patrul.az)

https://xalq.online/gencede-borcali-nadir-in-oglu-masini-bele-surub-video

Əvvəlki yazı

Sərdar Ortaç səhnədə yıxıldı - Video

Növbəti yazı

Orxan Qarayev “Grill House” restoran işçilərin maaşını niyə vermir?

XƏBƏR LENTİ

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

06/02/2026 18:08
Baş nazirdən benzinlə bağlı Qərar - 30 gün sonra qüvvəyə minir

Baş nazirdən benzinlə bağlı Qərar - 30 gün sonra qüvvəyə minir

06/02/2026 17:36
"İdrak" liseyində bu məşhurların övladları da təhsil alırmış

Şagird, atası və liseyin mühafizəçisi həbs oluna bilər - AÇIQLAMA

06/02/2026 17:08
Həmin şagird liseyə belə daxil olubmuş – İLKİN GÖRÜNTÜLƏR

Həmin şagird liseyə belə daxil olubmuş – İLKİN GÖRÜNTÜLƏR

06/02/2026 17:03
Küləklə bağlı sarı xəbərdarlıq verilib 

Küləklə bağlı sarı xəbərdarlıq verilib 

06/02/2026 16:55
Azərbaycan XİN Pakistana başsağlığı verib 

Azərbaycan XİN Pakistana başsağlığı verib 

06/02/2026 16:30
Aliment ödəməkdən yayınanların nəzərinə!

Aliment ödəməkdən yayınanların nəzərinə!

06/02/2026 16:02
"İdrak" liseyində bu məşhurların övladları da təhsil alırmış

Mətbuat Şurasından “İdrak” liseyindəki hadisə ilə bağlı - Çağırış

06/02/2026 15:33
Nəriman Axundzadə üçün təklif var - Xaricə gedir

Nəriman Axundzadə üçün təklif var - Xaricə gedir

06/02/2026 15:09
Qafar Əliyev öz ərizəsi ilə təqaüdə göndərildi

Qafar Əliyev öz ərizəsi ilə təqaüdə göndərildi

06/02/2026 14:28
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.