• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

“Gecə sanatoriyası”ndakı bəzi ağaclar başqa əraziyə köçürülüb

28 Fevral, 26 / 17:40
A A
“Gecə sanatoriyası”ndakı bəzi ağaclar başqa əraziyə köçürülüb

Sosial şəbəkələrdə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən və Gecə sanatoriyası adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı iddialar yayılıb.

Alyans.media xəbər verir ki, iddialarla bağlı ərazidə quruculuq işləri aparan şirkəti açıqlama yayıb.

Şirkətin nümayəndəsi Vüqar Ələkbərov bildirilib ki, müvafiq qərarla tikinti işlərinin aparılması və çoxmərtəbəli yaşayış binalarının inşası üçün ayrılıb:

“Bütün lazımi sənədlər mövcuddur. Bu ərazi uzun müddət baxımsız vəziyyətdə qalmışdı və tərəfimizdən hazırda təmizləmə işləri aparılıb. Aparılan işlər qanun çərçivəsində ETSN-in Dövlət Ekoloji Ekspertiza agentliyinin müsbət rəyi əsasında həyata keçirilir. Ağacların hər biri rəsmi formada qeydiyyata alınıb və mütəxəssislərin iştirakı ilə digər əraziyə köçürülüb. Onlara aqrotexniki qaydada qulluq göstərilir və yaşıllıqların qorunması təmin edilir”.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən mövzu ilə bağlı bildirilib ki, məsələ araşdırılır. 

Qaradağ Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Lökbatan qəsəbəsində yerləşən keçmiş Gecə sanatoriyasının uzun müddət baxımsız qalmış ərazisində hazırda təmizlənmə işləri aparılır:

“Ərazi illərlə istifadəsiz qaldığı üçün həm sanitar, həm də təhlükəsizlik baxımından ciddi problemlər mövcud idi. Aparılan bütün işlər qanunvericiliyə uyğun şəkildə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəsmi müsbət rəyi əsasında həyata keçirilir. Yaşıllıqlar əvvəlcədən identifikasiya olunmuş, hər bir ağac qeydiyyata alınıb. Köçürülməsi mümkün olan ağaclar mütəxəssislərin iştirakı ilə başqa əraziyə transplantasiya edilib”.

Əvvəlki yazı

Lənkəranda 52 yaşlı kişini elektrik cərəyanı vurdu

Növbəti yazı

Salyanda partlamamış mərmi aşkarlandı

XƏBƏR LENTİ

Şok iddia: Binədə satılan çörəyin içindən daşabənzər hissəciklər tapıldı

Şok iddia: Binədə satılan çörəyin içindən daşabənzər hissəciklər tapıldı

01/03/2026 22:15
Sabunçu rayon 3 saylı klinik xəstəxanasında 500.000 manatlıq "TALAMA" İDDİASI

Sabunçu rayon 3 saylı klinik xəstəxanasında 500.000 manatlıq "TALAMA" İDDİASI

01/03/2026 19:13
Dövlət Komitəsindən xaricdəki soydaşlarımıza - Müraciət

Dövlət Komitəsindən xaricdəki soydaşlarımıza - Müraciət

01/03/2026 19:08
Xameneinin öldürülməsi ilə bağlı əməliyyatın - Detallarını açıqladılar

Xameneinin öldürülməsi ilə bağlı əməliyyatın - Detallarını açıqladılar

01/03/2026 17:57
Bəhlul Mustafazadə əməliyyat olunub

Bəhlul Mustafazadə əməliyyat olunub

01/03/2026 17:52
Azərbaycan İrana başsağlığı verdi

Azərbaycan İrana başsağlığı verdi

01/03/2026 15:31
Xameneinin vəzifələrini müvəqqəti o icra edəcək

Xameneinin vəzifələrini müvəqqəti o icra edəcək

01/03/2026 14:13
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

01/03/2026 14:01
İran Hörmüz boğazını açdı

İran Hörmüz boğazını açdı

01/03/2026 13:57
“Pezeşkian təhlükəsiz yerdədir”

“Pezeşkian təhlükəsiz yerdədir”

01/03/2026 13:49
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.