Türkiyəyə məxsus yük təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb.
Alyans.media APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Məlumata əsasən, noyabrın 11-də Siqnaxi bələdiyyəsində, Gürcüstanın dövlət sərhədinin təqribən 5 kilometrliyində Türkiyənin yük təyyarəsi qəzaya uğrayıb.










