• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə özəl

Hərbi gərginlik neft bazarlarını ‘’fırtına kimi’’ silkələyir - AÇIQLAMA

03 Aprel, 26 / 21:19
A A
Hərbi gərginlik neft bazarlarını ‘’fırtına kimi’’ silkələyir - AÇIQLAMA

Regionda artan hərbi gərginlik qlobal neft bazarında qeyri-müəyyənliyi gücləndirir. ABŞ və İsrailin İranla qarşıdurmasının kəskinləşməsi bazarda qiymət dalğalanmalarını artırır. Ekspertlər bildirir ki, neftin qiyməti yalnız hasilat həcmi və fiziki təkliflə müəyyən olunmur; siyasi risklər, geosiyasi gərginliklər və bazar iştirakçılarının gözləntiləri də qiymət dinamikasına ciddi təsir göstərir. İranın həm mühüm neft istehsalçısı, həm də Hörmüz boğazı kimi strateji nəqliyyat marşrutuna yaxın yerləşməsi bazarda riskləri daha da artırır. Hərbi gərginliyin genişlənməsi, nəqliyyat marşrutlarının təhlükə altına düşməsi və ixracın məhdudlaşması ehtimalı qlobal təklifin azalacağı ilə bağlı narahatlıq yaradır. Nəticədə, bazar hətta real çatışmazlıq baş verməsə belə, riskləri əvvəlcədən qiymətə daxil edir və neftin qiyməti bahalaşa bilir. Ekspertlər həmçinin vurğulayırlar ki, neft bazarı yalnız fiziki məhsul bazası deyil, eyni zamanda maliyyə bazarlarının mühüm tərkib hissəsidir. Böyük investisiya fondları və treyderlər hər yeni xəbər və gərginlikdən dərhal təsirlənir ki, bu da qiymət dalğalanmalarını gücləndirir.

Mövzu ilə bağlı iqtisadçı Aqil Eyvazov Alyans.media-ya açıqlama verib. O bildirib ki, hazırda regionda baş verən hərbi gərginlik neft bazarında qiymət sabitliyini pozan əsas amillərdən biridir: ‘’Xüsusilə ABŞ/İsrail–İran qarşıdurmasının kəskinləşməsi bazarda qeyri-müəyyənliyi artırır və bu da neftin qiymətində dalğalanmaları gücləndirir. Burada əsas məqam ondan ibarətdir ki, neftin qiyməti yalnız hasilatın həcmi və bazara çıxarılan fiziki təkliflə müəyyən olunmur. Qiymətə eyni zamanda gələcək risklərlə bağlı gözləntilər, siyasi hadisələr və bazar iştirakçılarının davranışı da ciddi təsir göstərir. İranın həm mühüm neft istehsalçısı olması, həm də Hörmüz boğazı kimi strateji nəqliyyat marşrutuna yaxın yerləşməsi bu riski daha da artırır. Hərbi gərginliyin genişlənməsi, nəqliyyat marşrutlarının təhlükə altına düşməsi və ya ixracın məhdudlaşması ehtimalı qlobal bazarda təklifin azalacağı ilə bağlı narahatlıq yaradır. Nəticədə hələ real çatışmazlıq baş verməmiş olsa belə, bazar bu riski əvvəlcədən qiymətə daxil edir və neft bahalaşa bilir.

Digər mühüm məqam ondan ibarətdir ki, neft bazarı artıq yalnız fiziki məhsul bazarı deyil, həm də maliyyə bazarlarının mühüm tərkib hissəsidir. Böyük investisiya fondları, treyderlər və digər maliyyə iştirakçıları siyasi və hərbi xəbərlərə çox həssas reaksiya verirlər. Bu isə qiymət dəyişkənliyini daha da artırır. Başqa sözlə, neftin qiyməti təkcə tələb və təkliflə deyil, həm də bazardakı gözləntilər və maliyyə axınları ilə formalaşır.”

Bununla yanaşı iqtisadçı da qeyd edib ki, OPEC+ ölkələrinin hasilat siyasəti də qiymətlərə birbaşa təsir edir: ‘’Bu ölkələrin hasilatı artırmaq və ya məhdudlaşdırmaqla bağlı qərarları qlobal bazarda təklifin həcmini dəyişir. Mövcud geosiyasi risklər fonunda OPEC+ daha ehtiyatlı mövqe tutduqda bazarda təklifin genişlənməsi zəifləyir və bu da qiymətlər üzərində əlavə artım təzyiqi yaradır. Nəticə etibarilə, hazırkı mərhələdə neft qiymətlərinin sabit olmamasının əsas səbəbləri geosiyasi risklərin artması, təchizatla bağlı qeyri-müəyyənlik, maliyyə bazarlarının həssas reaksiyası və tələb-təklif balansında yaranan risklərdir. Başqa sözlə, bu gün neft bazarı təkcə iqtisadi göstəricilərlə deyil, həm də siyasi gərginlik, təhlükəsizlik amilləri və gələcəklə bağlı gözləntilərlə idarə olunur.”

Aysel Tağıyeva

Əvvəlki yazı

Qarabağ” “Sabah”a qarşı - CANLI

Növbəti yazı

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

XƏBƏR LENTİ

Qələbəyə işıq tutan qəhrəmanlar: Qanla yazılan döyüş nöqtəsi - MÜSAHİBƏ

Qələbəyə işıq tutan qəhrəmanlar: Qanla yazılan döyüş nöqtəsi - MÜSAHİBƏ

03/04/2026 23:00
Bakının mərkəzində hərəkət məhdudlaşdırıldı

Bakının mərkəzində hərəkət məhdudlaşdırıldı

03/04/2026 22:53
Təyyarə qəzası: ikinci pilot axtarılır

Təyyarə qəzası: ikinci pilot axtarılır

03/04/2026 22:44
Restoranlarda gizli "tələ": Müştərilərdən artıq pul necə alınır?

Restoranlarda gizli "tələ": Müştərilərdən artıq pul necə alınır?

03/04/2026 22:29
“Qarabağ” -“Sabah” qarşılaşması bərabərliklə bitdi

“Qarabağ” -“Sabah” qarşılaşması bərabərliklə bitdi

03/04/2026 22:16
Almaniya Azərbaycana biznes-missiya göndərəcək

Almaniya Azərbaycana biznes-missiya göndərəcək

03/04/2026 22:12
Firuzə Cəlilovaya vəzifə verildi

Firuzə Cəlilovaya vəzifə verildi

03/04/2026 22:06
14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

03/04/2026 21:45
Hərbi gərginlik neft bazarlarını ‘’fırtına kimi’’ silkələyir - AÇIQLAMA

Hərbi gərginlik neft bazarlarını ‘’fırtına kimi’’ silkələyir - AÇIQLAMA

03/04/2026 21:19
Qarabağ” “Sabah”a qarşı - CANLI

Qarabağ” “Sabah”a qarşı - CANLI

03/04/2026 20:52
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.