• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Turizm

İspaniyada Azərbaycanın qastroturizm imkanları tanıdılıb

29 Yanvar, 26 / 10:04
A A
İspaniyada Azərbaycanın qastroturizm imkanları tanıdılıb

İspaniyanın Madrid şəhərində Madrid Qidalar Qovşağı Beynəlxalq Konqresində (“Madrid Fusion 2026”) Azərbaycanın qastroturizm imkanları tanıdılıb.

Tədbirdə ölkəmizin qastroturizm imkanlarının tanıdılması məqsədilə milli qastronomiya stendində milli mətbəx nümunələri, o cümlədən Slou Fud “Dad gəmisi” siyahısına müvafiq biomüxtəliflik nümunələri, milli qənnadı məmulatları və quru meyvələr nümayiş etdirilib və ziyarətçilərə təqdim olunub.

Alyans.media xəbər verir ki, milli mətbəx nümunələrinin təqdim olunduğu 2 ustad dərsi təşkil olunub, Azərbaycanın qastroturizm imkanlarını təşviq edən videoçarxlar nümayiş olunub və milli mətbəx nümunələrinin dequstasiyası keçirilib.

Azərbaycan stendini Azərbaycanın İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, BMT Turizm təşkilatı yanında daimi nümayəndəsi Ramiz Həsənov ziyarət edərək nümatiş etdirilən məhsullarla tanış olub.

Həmçinin milli qastronomiya stendini “elBulli” fondunun direktoru, 3 ulduz “Michelin” ulduzlu usta aşpaz Ferran Adrian ziyarət edib.

Konqres çərçivəsində Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova ilə beynəlxalq qastronomik təsnifat olan “La Liste” təşkilatının beynəlxalq direktoru Stefani Kim arasında görüş keçirilib. Görüşdə beynəlxalq restoran təsnifat qurumu kimi “La Liste” ilə əməkdaşlıq, Azərbaycanın qastronomiya məhsullarının beynəlxalq miqyasda tanınması məsələləri müzakirə edilib.

Bundan əlavə, “Madrid Fusion”un qurucusu, İspaniyada fəaliyyət göstərən “Gastroactitud” rəqəmsal qastronomiya jurnalının təsisçisi Jose Carlos Capel ilə gələcək əməkdaşlıq perspektivləri, Azərbaycanın qastronomiya və kulinariya irsinin “Gastroactitud” və digər beynəlxalq platformalarda təqdimatının təşviqi istiqamətində fikir mübadiləsi aparılıb.

Qastronomiya üzrə eskpertlər, İspaniya Aşpazlar və Şirniyyatçılar Federasiyası (FACYRE) və İspaniya Qonaqpərvərlik Biznesləri Konfederasiyasının (HOSTELERÍA DE ESPAÑA) nümayəndələri ilə görüşlərdə bir sıra məsələlər, o cümlədən müvafiq təşkilatlarla əməkdaşlıq, Azərbaycana məxsus məhsullar, Abşeron zəfəranının unikallığı, zəfəran yığımı marşrutlarının yaradılması təklifləri və digər mövzular müzakirə edilib.

Beynəlxalq qastronomiya üzrə nüfuzlu tədbirlərdən biri kimi “Madrid Fusion” hər il keçirilərək dünyanın müxtəlif ölkələrindən qida brendləri, turizm şirkətləri, dövlət qurumları, “Michelin” ulduzlu aşpazlar, restoran sahibləri, tədqiqatçılar və media nümayəndələrini bir araya gətirən strateji əməkdaşlıq və tanıtım platforması kimi çıxış edir.

 

 

Əvvəlki yazı

Ceyhun Sultanov: “Qarabağın Liverpula böyük hesabla uduzması normaldır”

Növbəti yazı

Məşhur platformalara qarşı kütləvi məhkəmə

XƏBƏR LENTİ

Quş qripi və Nyukasl xəstəliyi ilə bağlı müayinə nəticələri açıqlandı

Quş qripi və Nyukasl xəstəliyi ilə bağlı müayinə nəticələri açıqlandı

06/02/2026 12:40
“Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır”

“Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır”

06/02/2026 12:16
Prezident iranlı naziri qəbul etdi 

Prezident iranlı naziri qəbul etdi 

06/02/2026 12:00
"Əsrin fəlakəti"ndən üç il ötür

"Əsrin fəlakəti"ndən üç il ötür

06/02/2026 11:53
Müəllimin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb

Müəllimin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb

06/02/2026 11:24
Özünə iynə vurandan sonra öldü

Özünə iynə vurandan sonra öldü

06/02/2026 11:02
Abbas Əraqçi ABŞ-la danışıqlar üçün Omana yola düşüb

Abbas Əraqçi ABŞ-la danışıqlar üçün Omana yola düşüb

05/02/2026 23:58
Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarına münasibət bildirdi

Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarına münasibət bildirdi

05/02/2026 23:26
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

05/02/2026 22:57
Leyla Əliyeva yeni fotolar paylaşdı

Leyla Əliyeva yeni fotolar paylaşdı

05/02/2026 22:20
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.