• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Dünya

İsveç NATO-da parçalanma riskləri barədə xəbərdarlıq edir

10 Aprel, 26 / 14:24
A A
İsveç NATO-da parçalanma riskləri barədə xəbərdarlıq edir

Vaşinqtonda səfərdə olan İsveçin müdafiə naziri Pol Yonson bildirib ki, ABŞ Prezidenti Donald Trampın NATO-dan çıxmaqla bağlı təhdidləri və onun müttəfiqləri tənqid etməsi də daxil olmaqla verilən sərt açıqlamalar Alyansın siyasi birliyini zəiflədir.

Alyans.media xəbər verir ki, bu gərginlik, xüsusən də Vaşinqtonun İranla münaqişə fonunda NATO-nin Avropa ölkələrinin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsində daha fəal rol oynaması tələbləri ilə yaranıb. “Reuters”in məlumatına görə, ABŞ müttəfiqlərindən ən qısa zamanda konkret cavablar gözləyir. İsveç Böyük Britaniya başda olmaqla, təxminən 30 ölkə ilə boğazın açılması üçün mümkün tədbirlər barədə danışıqlarda iştirak edir.

P. Yonson vurğulayıb ki, Stokholm hələlik hərbi iştirak üçün rəsmi müraciət almayıb, lakin Stokholm diplomatik və siyasi vasitələrlə töhfə verməyə hazır olduğunu bildirib. O qeyd edib ki, İsveçin məhdud dəniz resursları böyük hərbi gəmilərin yerləşdirilməsinə imkan vermir.

Nazir, həmçinin Tramp administrasiyası tərəfindən əvvəllər dərc edilmiş ABŞ müdafiə strategiyası ilə bağlı uyğunsuzluqlara da diqqət çəkib. Müdafiə naziri Pol Yonsonun Vaşinqtona əvvəlki səfəri zamanı Tramp administrasiyası yeni müdafiə strategiyasını açıqlayıb. Bu 33 səhifəlik sənəd Avropanın 20 il və ya daha az müddətdə tanınmaz hala düşməsi riski ilə bağlı qaranlıq mənzərəni əks etdirir.

Yonsonun sözlərinə görə, NATO-nun yeni üzvü olan İsveç tez bir zamanda Alyansın strukturlarına inteqrasiya olunur. O, ABŞ-nin NATO-dan mümkün çıxmasının nəticələrini müzakirə etməkdən imtina etsə də, bu cür açıqlamaların, eləcə də Qrenlandiya məsələsinin və Birləşmiş Ştatların Avropadakı rolu ətrafında müzakirələrin artıq blokun birliyinə mənfi təsir göstərdiyini etiraf edib.

Nazir qeyd edib ki, İsveç və digər Avropa ölkələri öz təhlükəsizlikləri naminə əhəmiyyətli dərəcədə daha böyük məsuliyyət daşımalı olacaqları bir ssenariyə hazırlaşmağa başlayıblar.

Əvvəlki yazı

İspaniya XİN rəhbəri Əraqçini ABŞ-la danışıqları "xoş niyyətlə" aparmağa çağırıb

Növbəti yazı

Hacıqabul sakini itkin düşüb

XƏBƏR LENTİ

Prezident Sərəncam imzaladı

Prezident MİDA-nın bir qrup əməkdaşını təltif etdi

10/04/2026 15:39
London Rusiya nefti daşıyan tankerləri niyə saxlamır?

London Rusiya nefti daşıyan tankerləri niyə saxlamır?

10/04/2026 15:26
Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub

Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub

10/04/2026 15:10
Neft qiymətlərində paradoks: Süıh razılaşması və artan qiymətlər

Neft qiymətlərində paradoks: Süıh razılaşması və artan qiymətlər

10/04/2026 15:03
Ermənistan XİN rəhbəri: “Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək

Ermənistan XİN rəhbəri: “Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək

10/04/2026 14:50
Ötən il "İpək Yolu Sığorta"nın xalis mənfəəti 44%-ə yaxın azalıb

Ötən il "İpək Yolu Sığorta"nın xalis mənfəəti 44%-ə yaxın azalıb

10/04/2026 14:46
Livanın Baş naziri danışıqlar üçün ABŞ-yə səfər edəcək

Livanın Baş naziri danışıqlar üçün ABŞ-yə səfər edəcək

10/04/2026 14:40
Hacıqabul sakini itkin düşüb

Hacıqabul sakini itkin düşüb

10/04/2026 14:34
İsveç NATO-da parçalanma riskləri barədə xəbərdarlıq edir

İsveç NATO-da parçalanma riskləri barədə xəbərdarlıq edir

10/04/2026 14:24
İspaniya XİN rəhbəri Əraqçini ABŞ-la danışıqları "xoş niyyətlə" aparmağa çağırıb

İspaniya XİN rəhbəri Əraqçini ABŞ-la danışıqları "xoş niyyətlə" aparmağa çağırıb

10/04/2026 14:20
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.