“Qarabağ” – “Çelsi” oyununda yarımmüdafiəçi Kadi Borges zədələnib.
Alyans.media xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov onun vəziyyəti ilə bağlı açıqlama verib.
O, Kadinin vəziyyətinin ciddi olduğunu bildirib:
“Dəqiq bir şey deyə bilməyəcəm, amma vəziyyət biraz ciddiyə oxşayır. Ayaq hissəsindəki kiçik sümüklərdən biri sanki qırılıb. Hər bir halda sabah bilinəcək”- Qurban Qurbanov deyib.










