İddialara görə, 28 dekabrdan sonra İranda baş verən kütləvi etirazlar və siyasi nəzarətsizlik Qalib Məmmədovun orada qurduğu biznes şəbəkəsini faktiki olaraq çökdürüb.Milyonlarla dollar həcmində zərərdən danışılır
Ən təhlükəli məqam isə budur:
bildirilir ki, Qalib Məmmədov biznesini xilas etmək üçün molla rejiminə yaxın, qapalı dairələrlə masaya oturub. Bu isə onun anti-Azərbaycan mövqeyi ilə tanınan strukturlarla eyni xəttdə dayanması barədə şübhələri daha da gücləndirir.
SEÇKİ ALVERİ İDDİALARI :
Kəlbəcər üçün xərclənən milyonlar hara getdi?
Son parlament seçkiləri zamanı Qalib Məmmədovun Kəlbəcərdən deputat olmaq üçün milyonlarla manat xərclədiyi iddia olunur.
Nəticə əldə olunmadıqdan sonra isə bu pulların kölgə bizneslərinə yönəldildiyi barədə suallar açıq qalır.
Bu fakt bir daha göstərir ki, söhbət sıravi sahibkardan yox, siyasəti pulla dizayn etməyə çalışan fiqurdan gedir.
RUSİYA DOSYESİ:
DÖVLƏT PULLARI, ÇEÇEN MAFİYASI VƏ QAÇIŞ
Ən ağır iddialar isə Qalib Məmmədovun Rusiya dövrü ilə bağlıdır. Məlumatlara əsasən, o, Cavid Qurbanova məxsus olduğu deyilən külli miqdarda maliyyə vəsaitini qeyri-qanuni yollarla ölkədən çıxararaq Rusiyaya gedib.
Nə böyüdü , nə də davamlı oldu.
Əksinə, iddialara görə, Qalib Məmmədov Çeçen mafiyasının təzyiqi və ölümlə hədələri ilə üzləşib. Nəticədə isə:
dəyəri milyonlarla ölçülən şirkətini Ramzan Kadırovun yaxın çevrəsində olan bir şəxsə verərək Rusiyadan qaçıb.
Bu, biznesmen üçün iflas, cəmiyyət üçün isə ciddi təhlükə siqnalı idi.
QAÇIŞDAN SONRA YENİ OYUN: AZƏRBAYCAN
Dövlət pulları ilə qurulan “təhlükəsiz liman”?
İddialara görə, Rusiyada hər şeyi qoyub qaçan Qalib Məmmədov Azərbaycana dönərək daha böyük biznes strukturları qurub.
Mediada yayılan məlumatlarda bu strukturların:
Real iqtisadi dəyər yaratmadı
büdcəsindən oğurlandığı iddia edilən pulların dövriyyəsi üçün istifadə urğulanır.
Yəni sual açıqdır:
bu şirkətlər biznesdir, yoxsa pul yuma mexanizmi ?
Dövlətə meydan oxuyan məclis?
Xatırladaq ki, Qalib Məmmədov işğaldan azad edilmiş Qubadlıda təşkil etdiyi dəbdəbəli məclislə cəmiyyətin qəzəbinə tuş gəlmişdi. Bir çoxları bunu:
Şəhidlərin xatirəsinə hörmətsizlik,
Dövlətin həssas post-müharibə dövrünə meydan oxuma kimi qiymətləndirmişdi.
Bu hadisə onun toxunulmazlıq hissini açıq şəkildə nümayiş etdirdiyi an kimi yadda qaldı.
ANTi-AZƏRBAYCAN DƏSTƏYİ İDDİALARI
Kim və niyə onu qoruyur?
Ən təhlükəli iddialardan biri də budur ki, Qalib Məmmədov:
Rusiyada və İranda anti-Azərbaycan mövqeyi ilə tanınan bəzi dairələr tərəfindən dəstəklənir. Müşahidəçilərə görə, bu dəstək olmasa:
Qalib Məmmədov çoxdan siyasi və hüquqi məsuliyyət qarşısında qalmalı idi.
Qalib Məmmədovun Cavid Qurbanovun “sağ əli” hesab edilməsi iddiası onun ətrafında formalaşan toxunulmazlıq qalxanını izah edən əsas fakt kimi göstərilir.
Cəmiyyətdə artıq açıq şəkildə bu sual verilir:
Dövlət pulları, xarici mafiyalar və anti-Azərbaycan dairələri ilə adı hallanan bir şəxs niyə hələ də rahat fəaliyyət göstərir?
SON SÖZ
Bu hekayə təkcə bir adamın yox, kölgə iqtisadiyyatının, siyasi himayənin və cəzasızlıq sisteminin ifşasıdır.
İranda batan milyonlar, Rusiyada qoyulan şirkətlər və Azərbaycanda qurulan yeni strukturlar eyni zəncirin halqalarıdır.
Sual isə hələ də cavabsızdır:
Bu zəncir nə vaxt qırılacaq?










