• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

M10-da ciddi problem: vətəndaş bu gündən etibarən öz pulunu çıxara bilmir – Cavabdeh KİMDİR ?

04 Fevral, 26 / 22:26
A A
M10-da ciddi problem: vətəndaş bu gündən etibarən öz pulunu çıxara bilmir – Cavabdeh KİMDİR ?

M10-da ciddi problem: vətəndaş bu gündən etibarən öz pulunu çıxara bilmir.

Alyans.media xəbər verir ki, Newsbaku.az saytının redaktoru Emil Müzəffərli yazır : Bu gündən etibarən M10 elektron pul kisəsindən istifadə edən çoxsaylı vətəndaşlar ciddi problemlə üzləşiblər. Redaksiyamıza daxil olan müraciətlərə əsasən, M10 sistemində yaranmış texniki nasazlıq səbəbindən istifadəçilər öz vəsaitlərini çıxara, köçürə və gündəlik maliyyə əməliyyatlarını həyata keçirə bilmirlər.

Söhbət qısa müddətli və əhəmiyyətsiz texniki problemdən getmir. Vətəndaşlar İDDİA edirlər ki, M10 elektron pul kisəsində saxlanılan vəsaitlər bu gündən etibarən faktiki olaraq istifadəsiz qalıb. Heç bir əvvəlcədən xəbərdarlıq və konkret izahat verilmədən yaranan texniki nasazlıq insanların gündəlik həyatına birbaşa təsir göstərir. Müraciət edən şəxslərin sözlərinə görə, texniki nasazlıq səbəbindən dərman almaq, kommunal xərcləri ödəmək, kirayə haqqını köçürmək və digər zəruri ödənişləri həyata keçirmək mümkün deyil. Bu vəziyyət vətəndaşları ciddi maliyyə və sosial çətinliklərlə üz-üzə qoyub.

Ən ciddi sual isə açıq qalır: vətəndaş öz şəxsi vəsaitindən istifadə edə bilmirsə, onun təcili ehtiyaclarını bu müddət ərzində kim qarşılayacaq? Texniki nasazlıq fonunda yaranan maddi zərərin məsuliyyəti hansı qurumun üzərinə düşür? Şikayətçilər bildirirlər ki, M10-un müştəri xidməti ilə əlaqə saxlamağa çalışsalar da, ya cavab ala bilmirlər, ya da problemin aradan qaldırılacağı tarixlə bağlı qeyri-müəyyən məlumatlar verilir.

Konkret vaxt çərçivəsinin açıqlanmaması və rəsmi mövqenin olmaması narazılığı daha da artırır.

Elektron pul kisəsi kimi fəaliyyət göstərən bir platformada bu miqyasda texniki nasazlığın baş verməsi və vətəndaşların vəsaitlərinə çıxışının məhdudlaşması ciddi ictimai narahatlıq doğurur. M10 bu gündən etibarən yaranmış vəziyyətlə bağlı cəmiyyətə aydın və dolğun açıqlama verməlidir.

Vətəndaşlar haqlı olaraq cavab gözləyir: Texniki nasazlığın səbəbi nədir?

Problem nə vaxt aradan qaldırılacaq? Bu müddətdə vətəndaşlara dəyən maddi zərərin kompensasiyası nəzərdə tutulurmu?

Newsbaku.az olaraq məsələni diqqətdə saxlayırıq və M10 tərəfindən veriləcək hər hansı rəsmi açıqlamanı oxuculara təqdim edəcəyik. Lakin mövcud vəziyyətdə məsuliyyət birbaşa M10-un üzərindədir və bu məsələ ictimai nəzarətdən kənarda qalmayacaq.

Əvvəlki yazı

İmamoğlu barəsində “casusluq işi” ilə bağlı ittiham aktı hazırlandı

Növbəti yazı

Bu məktəblərə yeni direktorlar təyin edildi - SİYAHI

XƏBƏR LENTİ

Abbas Əraqçi ABŞ-la danışıqlar üçün Omana yola düşüb

Abbas Əraqçi ABŞ-la danışıqlar üçün Omana yola düşüb

05/02/2026 23:58
Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarına münasibət bildirdi

Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarına münasibət bildirdi

05/02/2026 23:26
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

05/02/2026 22:57
Leyla Əliyeva yeni fotolar paylaşdı

Leyla Əliyeva yeni fotolar paylaşdı

05/02/2026 22:20
‘’Azərbaycanlıların’’ ‘’Azəri’’ sözündən xoşu gəlmir - Doğuş

‘’Azərbaycanlıların’’ ‘’Azəri’’ sözündən xoşu gəlmir - Doğuş

05/02/2026 21:53
Bakıda 6 yaşlı uşağa işgəncə verən dələduz "general"ın oğlu imiş

Bakıda 6 yaşlı uşağa işgəncə verən dələduz "general"ın oğlu imiş

05/02/2026 21:24
“Əliyev və Paşinyan yaxşı liderlərdir” - Tramp

“Əliyev və Paşinyan yaxşı liderlərdir” - Tramp

05/02/2026 20:56
Dəvələrin də pasportu olacaq

Dəvələrin də pasportu olacaq

05/02/2026 20:23
Əvvəl özünü “məsih” adlandırmışdı, indi isə cənnətlik olduğunu deyir

Əvvəl özünü “məsih” adlandırmışdı, indi isə cənnətlik olduğunu deyir

05/02/2026 20:14
Mətin Kərimli: Azərbaycan təhsilində süni intellektin tətbiqi üçün çoxsaylı imkanlar var

Mətin Kərimli: Azərbaycan təhsilində süni intellektin tətbiqi üçün çoxsaylı imkanlar var

05/02/2026 19:50
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.