“Venesuela ABŞ-nin hərbi təcavüzünə məruz qalıb”.
Alyans.media xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Venesuela xarici işlər naziri İvan Gil Pinto deyib.
Pinto həmçinin qeyd edib ki, ABŞ Karakasda mülki və hərbi obyektlərə hücum edib.
O vurğulayıb ki, Prezident Nikolas Maduro ölkəsinə hücumla əlaqədar fövqəladə vəziyyət elan edilməsi ilə bağlı fərman imzalayıb.
“Venesuela öz xalqını və müstəqilliyini qorumaq üçün qanuni özünümüdafiə hüququnu saxlayır”, – XİN rəhbəri qeyd edib.










