ABŞ Prezidenti Donald Tramp ikinci dönəminin ilk böyük seçkilərində məğlub olub. Demokratlar ölkə üzrə inandırıcı qələbə qazanarkən, Nyu-Yorkda Demokrat Sosialist Zohran Mamdani qalib gəlib.
34 yaşlı Uqanda əsilli Mamdani şəhərin tarixində ilk müsəlman bələdiyyə sədri kimi tarixə düşüb. O, keçmiş qubernator Endryu Kuomonu 50,4 faiz səslə məğlub edib və son yüz ildə şəhərin ən gənc rəhbəri olub.
Qələbə çıxışında Mamdani, onu “kommunist” adlandıran Trampa sərt cavab verib:
“Donald Tramp, məni dinlə! Bizi aşmadan heç birimizə çata bilməzsən. Nyu-York köçmənlərin şəhəri olaraq qalacaq.”
Tramp seçki öncəsi Mamdani-ni antisemitizmə meylli olmaqda ittiham etmiş və onun qalib gələcəyi təqdirdə Nyu-Yorka federal vəsaitləri kəsməklə hədələmişdi.
Aynurə Quliyeva










