• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Şikayət

“Max Group” xaricdə təhsil adı ilə vətəndaşları aldadır?-Video

24 Yanvar, 26 / 12:00
A A
“Max Group” xaricdə təhsil adı ilə vətəndaşları aldadır?-Video

Hazırda Türkiyənin Balıkəsir şəhərində yaşayan Azərbaycan vətəndaşı Aysutümay Koyun Azad İstehlakçılar Birliyinə şikayət ünvanlayaraq “Max Group” MMC-nin ona qarşı dələduzluq etdiyini bildirib.
Azad İstehlakçılar Birliyindən XALQ-a  daxil olan məlumata görə, A.Koyun 17 aprel 2025-ci ildə “Max Group” MMC ilə xaricdə təhsil üçün müqavilə imzalayıb.

Müqaviləyə əsasən, “Max Group” MMC Aysutümay Koyuna İzmir Demokrasi Universitetinin “Fizyoterapi və Rehabilitasyon” ixtisası üzrə bakalavriat təhsil pilləsinə sənədləşmə işinin aparılması xidmətini göstərməlidir.
Şikayətçi bildirib ki, göstəriləcək xidmətlərin qarşılığında “Max Group” MMC-yə 6 800 manat məbləğində vəsait köçürüb. Lakin ödənişdən və müqavilədən sonra universitetdən ona heç bir rəsmi qəbul məktubu göndərilməyib.
A.Koyun iddia edib ki, şirkət nümayəndələri aylarla müxtəlif bəhanələrlə əlaqədən yayınaraq prosesi gecikdiriblər.
Şikayətçi iddia edir ki, şirkət öhdəliklərini yerinə yetirməyib və onu aldadıb. Balıkəsir sakini ödədiyi 6 800 manatın geri qaytarılmasını istəyir.

Məsələ ilə bağlı “Max Group” MMC ilə əlaqə saxlamağa çalışdıq. Şirkətin icraçı direktoru Fərqanə Nəbiyeva məsələ ilə bağlı açıqlama verəcəklərini bildirsə də, sonrakı zənglərimiz cavabsız qaldı.

Məlumat üçün bildirək ki, “Max Group” MMC 3 avqust 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Səbail rayonu, Bünyad Sərdarov ev 23-də yerləşir. Şirkətin qanuni təmsilçisi Nəbiyev Elman Nəsib oğludur.
Onu da qeyd edək ki, hazırda “Max Group” MMC-nin dövlət büdcəsinə vaxtında ödənilməyən 7 046 manat 58 qəpik vergi borcu mövcuddur.

Qeyd edək ki, “Max Group” Təhsil Mərkəzinin icraçı direktoru Fərqanə Nəbiyevadır rəhbəri isə Elmin Nəbiyevdir

 

Əvvəlki yazı

Jalə Əhmədovaya vəzifə verildi

Növbəti yazı

Avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü həbs edilib

XƏBƏR LENTİ

Quş qripi və Nyukasl xəstəliyi ilə bağlı müayinə nəticələri açıqlandı

Quş qripi və Nyukasl xəstəliyi ilə bağlı müayinə nəticələri açıqlandı

06/02/2026 12:40
“Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır”

“Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır”

06/02/2026 12:16
Prezident iranlı naziri qəbul etdi 

Prezident iranlı naziri qəbul etdi 

06/02/2026 12:00
"Əsrin fəlakəti"ndən üç il ötür

"Əsrin fəlakəti"ndən üç il ötür

06/02/2026 11:53
Müəllimin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb

Müəllimin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb

06/02/2026 11:24
Özünə iynə vurandan sonra öldü

Özünə iynə vurandan sonra öldü

06/02/2026 11:02
Abbas Əraqçi ABŞ-la danışıqlar üçün Omana yola düşüb

Abbas Əraqçi ABŞ-la danışıqlar üçün Omana yola düşüb

05/02/2026 23:58
Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarına münasibət bildirdi

Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarına münasibət bildirdi

05/02/2026 23:26
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

05/02/2026 22:57
Leyla Əliyeva yeni fotolar paylaşdı

Leyla Əliyeva yeni fotolar paylaşdı

05/02/2026 22:20
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.