• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə özəl

MİQ imtahanı artıq  ‘kim daha çox cəhd edə bilər?’ sualını ‘kim ödəyə bilər?’ sualı ilə əvəz etməyə başlayır- EKSPERT AÇIQLAMASI 

15 Yanvar, 26 / 18:47
A A
MİQ imtahanı artıq  ‘kim daha çox cəhd edə bilər?’ sualını ‘kim ödəyə bilər?’ sualı ilə əvəz etməyə başlayır- EKSPERT AÇIQLAMASI 

Müəllimlərin işə qəbulu (MİQ) prosesində iştirakın ödənişli əsasda həyata keçirilməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Qərar təhsil ictimaiyyəti, müəllim namizədləri və ekspertlər tərəfindən müxtəlif aspektlərdən dəyərləndirilir. Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov hesab edir ki, bu addım sadəcə təşkilati və texniki dəyişiklik deyil, bütövlükdə təhsildə kadr siyasətinin fəlsəfəsinə təsir göstərən ciddi qərardır.

Alyans.Media ilə fikirlərini bölüşən Ekspertin düşüncəsinə  görə  ödəniş mexanizmi müəllimliyə girişdə sosial bərabərlik prinsipini zəiflədə, uzunmüddətli perspektivdə isə müəllim korpusunun sosial strukturuna mənfi təsir göstərə bilər. Kamran Əsədovun sözlərinə görə, MİQ-də iştirakın ödənişli edilməsi müəllim seçimini yalnız bilik və bacarıqlar üzərindən deyil, qismən də maliyyə imkanları üzərindən filtr edən mexanizm yaradır.

“İlk növbədə qeyd edim ki, MİQ-də iştirakın ödənişli edilməsi texniki qərar yox, təhsildə kadr siyasətinin fəlsəfəsini dəyişən addımdır. Bu qərar müəllim seçimini bilik və bacarıq üzərindən deyil, qismən maliyyə imkanı üzərindən də filtr edən mexanizm yaradır və bu, dövlət məktəbinə girişin sosial xarakterini zəiflədir. İmtahan artıq hamı üçün bərabər başlanğıc nöqtəsi olmaqdan çıxır və ‘kim daha çox cəhd edə bilər?’ sualını ‘kim ödəyə bilər?’ sualı ilə əvəz etməyə başlayır. Bu isə sistemin legitimliyinə zərbədir.”

Ekspert qeyd edib ki, son illərdə MİQ-də iştirak edənlərin sayı 60–70 min aralığında dəyişir, real işə qəbul olunanların sayı isə 6–7 min civarındadır:

“Bu o deməkdir ki, hər 10 namizəddən yalnız 1-i təyinat alır, 9-u isə sistemdən kənarda qalır. Elm və Təhsil Nazirliyi bu mənzərəni ‘süni yüklənmə’ kimi təqdim edir və ödəniş mexanizmi ilə bunu azaltmağa çalışır. Amma problem müraciətlərin çoxluğu deyil, sistemin bu müraciətləri düzgün ayırd edə bilməməsidir. Zəif namizədi güclüdən ayırmaq üçün ödəniş yox, ölçmə keyfiyyəti lazımdır.”

Kamran Əsədov qərarın müəyyən müsbət tərəflərinin olduğunu da vurğulayıb:

“Müsbət tərəf ondan ibarətdir ki, ödəniş mexanizmi təsadüfi və hazırlıqsız müraciətləri azalda bilər. İnsan artıq ‘pulsuzdur, girim’ yanaşması ilə yox, ‘hazırammı?’ yanaşması ilə qərar verəcək. Bu, təşkilati yükü azaldır, imtahanın idarə edilməsini asanlaşdırır, texniki resurslara qənaət yaradır.”

Lakin ekspert sosial risklərə xüsusi diqqət çəkib:

“Xüsusilə regionlarda yaşayan, repetitor imkanı olmayan, bir neçə dəfə uğursuz olmuş, amma potensialı olan müəllim namizədləri üçün ödəniş əlavə baryer yaradır. Ünvanlı sosial yardım almayan, amma real gəliri aşağı olan minlərlə insan bu mexanizmdən kənarda qalır. Yəni sistem rəsmi yoxsulluğu tanıyır, real yoxsulluğu isə görmür.”

Onun sözlərinə görə, bu yanaşma uzunmüddətli perspektivdə müəllim korpusunun sosial müxtəlifliyinə də mənfi təsir göstərə bilər:

“Ən təhlükəli məqam budur ki, bu qərar təhsildə sosial seleksiyanı gücləndirə bilər. Maddi imkanı olan, repetitorlara çıxışı olan namizədlər üstün mövqeyə çıxır, kənddə yaşayan, işləyərək ailə saxlayan potensial müəllimlər isə sistemdən sıxışdırılır.”

Kamran Əsədov bildirib ki, beynəlxalq təcrübədə ödəniş tətbiq edilən modellərdə paralel olaraq güclü güzəşt və dəstək mexanizmləri mövcuddur. Onun fikrincə, Azərbaycanda isə bu balans hələ təmin olunmayıb.

“Keyfiyyəti artıran amil imtahanın məzmunudur: testlərin real pedaqoji bacarığı ölçməsi, müsahibənin obyektivliyi, qiymətləndirmənin şəffaflığı və apellyasiya mexanizminin işləkliyidir. Bunlar dəyişmədən sadəcə ödəniş qoymaq problemi həll etmir, onu sadəcə daha az görünən edir.”

Ekspert hesab edir ki, əks halda bu qərar təhsildə keyfiyyəti artıran islahat deyil, sosial məsafəni dərinləşdirən mexanizmə çevrilə bilər.

Əvvəlki yazı

Baş nazirdən maaşlarla BAĞLI QƏRAR

Növbəti yazı

Azərbaycanlı alim ABŞ-da SAXLANILDI

XƏBƏR LENTİ

Epşteynin sağ olduğu iddia olunur

Epşteynin sağ olduğu iddia olunur

06/02/2026 21:08
Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi

06/02/2026 20:41
Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

06/02/2026 20:14
Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

06/02/2026 19:52
Prezidentdən bu milli parklarla bağlı - Fərman

Prezidentdən bu milli parklarla bağlı - Fərman

06/02/2026 19:24
AB-dən Elon Maska sərt CAVAB

AB-dən Elon Maska sərt CAVAB

06/02/2026 18:57
Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü

Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü

06/02/2026 18:36
Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

06/02/2026 18:08
Baş nazirdən benzinlə bağlı Qərar - 30 gün sonra qüvvəyə minir

Baş nazirdən benzinlə bağlı Qərar - 30 gün sonra qüvvəyə minir

06/02/2026 17:36
"İdrak" liseyində bu məşhurların övladları da təhsil alırmış

Şagird, atası və liseyin mühafizəçisi həbs oluna bilər - AÇIQLAMA

06/02/2026 17:08
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.