• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Mədəniyyət

Nəsimidə “Zəfər Bayrağı altında Zəfərdən-Zəfərlərə!” adlı tədbir keçirildi

07 Noyabr, 25 / 8:40
A A
Nəsimidə “Zəfər Bayrağı altında Zəfərdən-Zəfərlərə!” adlı tədbir keçirildi

Nəsimi rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Zəfər Bayrağı altında Zəfərdən-Zəfərlərə!” adlı tədbir keçirilib.

Alyans.media xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, Müdafiə Nazirliyinin məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, elm, mədəniyyət xadimləri, şəhid ailələri, müharibə iştirakçıları (qazilər) və ictimaiyyət nümayəndələri iştirak edib.

Öncə tədbir iştirakçıları Mərkəzin foyesində Uşaq İnkişaf Mərkəzinin gənc yetirmələrinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Sonra “8 noyabr – bizim şanlı Qələbəmizin, Zəfərimizin Günüdür” adlı, Ali Baş Komandan İlham Əliyevin tarixi çıxışlarını əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan tanınmış hərbi jurnalist Abdulla Qurbani Zəfər Bayrağının fəxri qarovulun müşayiəti ilə salona gətirildiyini elan edib.

Ulu Öndər Heydər Əliyevin və şəhidlik zirvəsinə ucalan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının müavini Zahid Xəlilov Zəfər tarixinin əhəmiyyətindən bəhs edərək bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şərəfli dövrünü yaşayır. Ali Baş Komandanın qətiyyətli iradəsi və müdrik siyasəti nəticəsində Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edərək misilsiz qəhrəmanlıq salnaməsi yazıb.

Natiq çıxışına davam edərək qeyd edib ki, 44 günlük Vətən müharibəsi müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış şanlı Zəfər salnaməsidir. Bu Zəfərin qəhrəmanları olan şəhidlərimizin ailələrinə və qazilərimizə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır.

Xüsusi vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı tariximizə hələ neçə-neçə zəfər dolu səhifələr yazılacaqdır. Onun əldə etdiyi razılaşmalara uyğun olaraq reallaşacaq Zəngəzur dəhlizi qitələri birləşdirən mühüm nəqliyyat bağlantısına çevriləcəkdir.

Tədbir boyu səsləndirilən “Vətən, sənin şəhidlərin” elegiyası və digər bədii kompozisiyalar iştirakçılarda dərin duyğular yaşadıb.

Sonda “Müzəffər ordumuz” mahnısının sədaları altında iştirakçılar xatirə şəkilləri çəkdirib. Tədbir bir daha bütün xalqımızın Zəfər ruhunu, Ali Baş Komandana inamını və Vətənə sevgisini nümayiş etdirib.

Tədbirin sonunda şəhidlərin ailə üzvlərinə xatirə hədiyyələr təqdim edilib.

 

Əvvəlki yazı

Bu istiqamətlərdə tıxac var - Sürücülərin nəzərinə

Növbəti yazı

Meteohəssas insanların DİQQƏTİNƏ

XƏBƏR LENTİ

Azərbaycan XİN Pakistana başsağlığı verib 

Azərbaycan XİN Pakistana başsağlığı verib 

06/02/2026 16:30
Aliment ödəməkdən yayınanların nəzərinə!

Aliment ödəməkdən yayınanların nəzərinə!

06/02/2026 16:02
"İdrak" liseyində bu məşhurların övladları da təhsil alırmış

Mətbuat Şurasından “İdrak” liseyindəki hadisə ilə bağlı - Çağırış

06/02/2026 15:33
Nəriman Axundzadə üçün təklif var - Xaricə gedir

Nəriman Axundzadə üçün təklif var - Xaricə gedir

06/02/2026 15:09
Qafar Əliyev öz ərizəsi ilə təqaüdə göndərildi

Qafar Əliyev öz ərizəsi ilə təqaüdə göndərildi

06/02/2026 14:28
"İdrak" liseyində bu məşhurların övladları da təhsil alırmış

"İdrak" liseyində bu məşhurların övladları da təhsil alırmış

06/02/2026 14:26
Sabah hava necə olacaq? 

Sabah hava necə olacaq? 

06/02/2026 13:58
‘’İdrak’’ liseyində güllələnən müəllim kimdir?

‘’İdrak’’ liseyində güllələnən müəllim kimdir?

06/02/2026 13:37
ABŞ-da məktəblərdə silahlı atışmaların sayı - 25 il fərq ilə

ABŞ-da məktəblərdə silahlı atışmaların sayı - 25 il fərq ilə

06/02/2026 13:35
Avropa İttifaqının Türkiyə ilə bağlı yeni qərarı 

Avropa İttifaqının Türkiyə ilə bağlı yeni qərarı 

06/02/2026 13:07
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.