Dünən səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda ağır yol qəzası baş verib.
Alyans.media Manset.az-a istinadən xəbər verir ki, yolların buz bağlaması nəticəsində 67BM 341 nömrə nişanlı minik avtomobili idarəetməni itirərək dərəyə aşıb.
Qəzada xəsarət alan olmayıb.










