Naxçıvanda minik avtomobili qaz xəttinə çırpılıb.

Alyans.media xəbər verir ki, Culfa şəhəri Ordubadi küçəsində baş verən qəza zamanı qaz xətti yararsız hala düşüb.

Təhlükəsizlik səbəbi ilə 2920 abonentin qaz təchizatı dayandırılıb.

Bildirilib ki, bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.