• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Siyasət

Nazir yekun sülh müqaviləsinin imzalanma vaxtını AÇIQLADI

10 Noyabr, 25 / 16:23
A A
Nazir yekun sülh müqaviləsinin imzalanma vaxtını AÇIQLADI

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2026-cı ildə Ermənistanla sülh müqaviləsinin imzalanması ehtimalının böyük olduğunu vurğulayıb.

Alyans.media xəbər verir ki, nazir bu barədə İTV-yə müsahibəsində deyib.

“Əlbəttə ki, heç kim 100% zəmanət verə bilməz, amma mən bu ehtimala nikbin yanaşıram”, – deyə Ceyhun Bayramov bildirib.

“Azərbaycanla sülh prosesinin başa çatması Ermənistanın özünün maraqlarına uyğundur, ona görə də inanıram ki, belə bir ehtimal çox yüksəkdir”, – nazir əlavə edib.

C.Bayramovun sözlərinə görə, bunun asan olacağını düşünmür. Onun fikrincə, əvvəlki kimi, üçüncü ölkələr tərəfindən bu prosesi pozmaq cəhdləri olacaq.

Nazir hesab edir ki, iki ölkə arasındakı münasibətlərin tarixi nəzərə alınmaqla, sülh müqaviləsinin imzalanmasının qısa müddət sonra Azərbaycan və Ermənistan arasında sıx dostluq və tamhüquqlu mehriban qonşuluq münasibətlərinə gətirib çıxarması ehtimalı azdır.

“Və bu, anlayışla qəbul edilməlidir”, – deyə o vurğulayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, son iki ildir ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesi davam edir.

“Belə qısa müddət ərzində inanıram ki, qalib ölkə ilə məğlub ölkə arasında normallaşdırma prosesi çox sürətlə gedir”, – deyə o qeyd edib.

C.Bayramov həmçinin “Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsinin Azərbaycan və Ermənistan arasında ortaq iqtisadi maraqların yaranmasına səbəb olacağı fikrini ifadə edib.

Qeyd edək ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar bir sıra razılıq əldə olunub, sülh sazişi layihəsi paraflanıb. Bu razılıqlara uyğun olaraq 1 sentyabr 2025-ci il tarixindən etibarən ATƏT-in Minsk qrupunun ləğvinə dair qərar qəbul edilib.

Rəsmi Bakının tələbinə görə, yekun sülh süzişinin imzalanması üçün Ermənistan öz konstitusiyasına dəyişiklik etməli, onun preambula hissəsində Azərbaycana qarşı olan ərazi iddiası çıxarılmalıdır.

Əvvəlki yazı

“Zelenski Milad bayramına qədər öldürülə bilər”-Nə baş verir?

Növbəti yazı

Türkiyədə televiziya kanalına silahlı hücum oldu

XƏBƏR LENTİ

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

06/02/2026 23:58
NASA astronavtlara buna icazə verəcək

NASA astronavtlara buna icazə verəcək

06/02/2026 23:23
Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

06/02/2026 22:55
Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

06/02/2026 22:26
Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

06/02/2026 21:58
Rusiyada avtobusla yük maşını toqquşdu - 5 uşaq ölüb

Masallıda “Mercedes”lər toqquşdu - Ölən var

06/02/2026 21:36
Epşteynin sağ olduğu iddia olunur

Epşteynin sağ olduğu iddia olunur

06/02/2026 21:08
Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi

06/02/2026 20:41
Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

06/02/2026 20:14
Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

06/02/2026 19:52
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.