• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə özəl

Neft qiymətlərində paradoks: Süıh razılaşması və artan qiymətlər

10 Aprel, 26 / 15:03
A A
Neft qiymətlərində paradoks: Süıh razılaşması və artan qiymətlər

Adətən beynəlxalq sülh müqavilələri geosiyasi riskləri azaltdığı üçün enerji bazarlarında sabitlik yaradır və bu da neft qiymətlərinin ucuzlaşmasına səbəb olur. Lakin bəzi hallarda əks proses müşahidə edilir. Məsələn, ABŞ və İran arasında münasibətlərin normallaşması ilə bağlı gözləntilər bazarlarda iqtisadi aktivliyin artacağına dair nikbinlik yaradır. Bu isə qlobal enerji tələbatının yüksələcəyi ehtimalını gücləndirir və nəticədə neft qiymətləri arta bilər. Neft qiymətlərinin bahalaşması Azərbaycan iqtisadiyyatı üçün həm imkanlar, həm də risklər yaradır. İmkanlar baxımından, yüksək qiymətlər dövlət büdcəsinə və Neft Fonduna daxilolmaları artırır, fiskal sabitliyi gücləndirir və iri infrastruktur layihələrinin maliyyələşdirilməsinə şərait yaradır. Qlobal miqyasda isə neftin bahalaşması inflyasiya təzyiqlərini artıran əsas amillərdən biridir. Enerji daşıyıcıları istehsal və nəqliyyat xərclərinin mühüm hissəsini təşkil etdiyindən, qiymət artımı digər mal və xidmətlərin də bahalaşmasına səbəb olur.

Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli Alyans.media-ya açıqlama verib. O bildirib ki, adətən sülh müqavilələri geosiyasi riskləri azaltdığı üçün neft bazarında qiymətlərə aşağı təzyiq yaradır: ‘’Amma qiymətlərin artması başqa faktorlarla izah oluna bilər. Məsələn, qlobal tələbatın gözləniləndən daha sürətli artması, hasilatın məhdudlaşdırılması, əsas istehsalçı ölkələrin kvotaları azaltması və ya logistika problemləri qiymətləri yüksəldə bilər. Eyni zamanda bazarda gələcək risklərlə bağlı gözləntilər və spekulyativ amillər də qiymətlərin artmasına səbəb ola bilir. Neft qiymətlərinin artması Azərbaycan üçün bir tərəfdən büdcə gəlirlərinin və valyuta daxilolmalarının artması deməkdir ki, bu da iqtisadi artımı və dövlət xərclərini dəstəkləyə bilər. Digər tərəfdən isə bu vəziyyət iqtisadiyyatın neftdən asılılığını daha da gücləndirə, qeyri-neft sektorunun inkişafını ləngidə və uzunmüddətli dayanıqlılıq üçün risklər yarada bilər. Həmçinin, neft gəlirlərinin artması milli valyutanın möhkəmlənməsinə səbəb olaraq ixracın digər sahələrdə rəqabət qabiliyyətini azalda bilər”.

Ekspert qeyd edib ki, neftin bahalaşması dünya üzrə inflyasiyaya birbaşa təsir edir: “Çünki enerji xərcləri demək olar ki, bütün istehsal və nəqliyyat zəncirinin əsas hissəsidir. Yanacaq və enerji qiymətlərinin artması məhsul və xidmətlərin maya dəyərini yüksəldir, bu da son qiymətlərə ötürülür. Nəticədə bir çox ölkələrdə inflyasiya sürətlənir və mərkəzi banklar daha sərt pul-kredit siyasəti tətbiq etmək məcburiyyətində qalaır. Bu da qiymətlərın bahalaşmasıni tətikləyir”.

Xavər Hacıyeva

Əvvəlki yazı

Ermənistan XİN rəhbəri: “Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək

Növbəti yazı

Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub

XƏBƏR LENTİ

Azərbaycan havanın təmizliyinə görə Cənubi Qafqazda liderdir

Azərbaycan havanın təmizliyinə görə Cənubi Qafqazda liderdir

10/04/2026 16:38
Bu tarixdə instensiv yağış yağacaq - Dolu düşəcək

Bu tarixdə instensiv yağış yağacaq - Dolu düşəcək

10/04/2026 16:20
MEDİA-dan raket iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

MEDİA-dan raket iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

10/04/2026 16:14
Fransada təlim təyyarəsi qəzaya uğrayıb

Fransada təlim təyyarəsi qəzaya uğrayıb

10/04/2026 15:56
Prezident Sərəncam imzaladı

Prezident MİDA-nın bir qrup əməkdaşını təltif etdi

10/04/2026 15:39
London Rusiya nefti daşıyan tankerləri niyə saxlamır?

London Rusiya nefti daşıyan tankerləri niyə saxlamır?

10/04/2026 15:26
Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub

Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub

10/04/2026 15:10
Neft qiymətlərində paradoks: Süıh razılaşması və artan qiymətlər

Neft qiymətlərində paradoks: Süıh razılaşması və artan qiymətlər

10/04/2026 15:03
Ermənistan XİN rəhbəri: “Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək

Ermənistan XİN rəhbəri: “Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək

10/04/2026 14:50
Ötən il "İpək Yolu Sığorta"nın xalis mənfəəti 44%-ə yaxın azalıb

Ötən il "İpək Yolu Sığorta"nın xalis mənfəəti 44%-ə yaxın azalıb

10/04/2026 14:46
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.