Neftçala şəhərində bazarda baş verən yanğın söndürülüb.
Alyans.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
“Neftçala şəhərində bazar ərazisində metal və taxta konstruksiyalardan ibarət ümumi sahəsi 300 m² olan, bir dam altında tikilən obyektlərdən 3 ədəd tərəvəz satışı mağazasının yanar konstruksiyaları 100 m² sahədə yanıb.
Bildirilib ki, digər mağazalar və bazar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – məlumatda qeyd olunub.