“Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları isə Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər,”
Alyans.media xəbər verir ki, bunu Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, bir vaxtlar “tanklarımızla Bakıya girəcəyik, orada çay içəcəyik” deyənlər bu arzularını fərqli şəkildə reallaşdırıblar.
“Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları isə Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər,” – deyə Prezident İlham Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri hər gün irəliləyib və bir addım belə geri çəkilməyib.
“Böyük peşəkarlıq, rəşadət, qəhrəmanlıq və fədakarlıq nümayiş etdirilmişdir,” – dövlət başçısı əlavə edib.










