Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.
Alyans.media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Yaxın Şərqdəki vəziyyət, o cümlədən atəşkəs və əsir mübadiləsi sazişi kontekstində Qəzza zolağındakı hadisələr, İranın nüvə proqramı ilə bağlı vəziyyət və Suriyada gələcək sabitləşmə ilə bağlı məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb”, – məlumatda qeyd edilib.










