• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

"Qaçqınkom"dan məcburi köçkünün iddialarına cavab

07 Yanvar, 26 / 16:55
A A
"Qaçqınkom"dan məcburi köçkünün iddialarına cavab

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) Laçın rayonunun Ələkçi kəndindən olan, Ağdam rayonu, Təzəkənd kəndində müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün Müslüm Qaçay oğlu Hüseynovun sosial şəbəkədə səsləndirdiyi iddialarına münasibət bildirib.

Alyans.media xəbər verir ki, açıqlamada M.Q.Hüseynovun Ağdam rayonu Təzəkənd kəndi Dəmiryol stansiyası ərazisində yerləşən yaşayış üçün yarasız tikilidə müvəqqəti məskunlaşdığı bildirilib.

Qeyd olunub ki, onun Komitəyə müraciəti əsasında Xocalı rayonunun Xanabad kəndinə daimi məskunlaşması məqsədilə, mövcud qaydalara görə ailə tərkibinə uyğun olaraq ikiotaqlı fərdi yaşayış evinin ayrılması barədə qərar qəbul edilib. O, 2025-ci il noyabrın 21-də kəndə köçürüləcək 22 ailənin də iştirakı ilə keçirilmiş püşkatmada iştirak edib püşkünü çəkərək evin kodlaşdırılmış ünvanını əldə edib.

M.Q.Hüseynov etdiyi yazılı müraciətlərdə də əvvəlcə ona püşkatmada çıxmış evlə bağlı narazılıq bildirib, sonradan isə qızının ailəsinə verilmiş evlə qonşuluqda başqa yaşayış sahəsi tələb edib.

“Bildiririk ki, hazırda Xanabad kəndinə köç başlamayıb. Köç olanadək püşkatma nəticəsində ona düşən evə köçə bilməyəcəyi ilə bağlı qərarının qəti olduğu halda bunun rəsmiləşdirilməsi ilə bağlı Dövlət Komitəsi tərəfindən vətəndaşa rəsmi məktub göndərilib, lakin bu günədək cavablandırılmayıb”,- deyə Komitə bildirib.

Vurğulanıb ki, təsdiq edilmiş bərpa qrafikinə uyğun olaraq aidiyyəti qurumlar tərəfindən mərhələli formada inşa, yaxud bərpa olunmuş evlərin təqdim olunmuş kodlar üzrə siyahısına əsasən Dövlət Komitəsi tərəfindən yalnız köçürüləcək ailələrin püşkatması keçirilir:

“Püşkatma Dövlət Komitəsinin rəhbər şəxsləri, həmçinin İctimai Şura üzvlərinin iştirakı ilə açıq və şəffaf şəkildə keçirilir. Böyük Qayıdış tədbirlərinin icrası, işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılması ilə əlaqədar Dövlət Komitəsinin funksional fəaliyyəti ilə bağlı M.Q.Hüseynovun əsassız fikirlərinin və onun söylədiklərinin sosial şəbəkələrdə ictimailəşdirilməsi hüquqi məsuliyyət yarada bilər”.

Əvvəlki yazı

Özəl şirkətin əməkdaşı Cəbrayılda minaya düşüb yaralandı

Növbəti yazı

Bakıda nəqliyyat sıxlığı müşahidə olunan yolların siyahısı

XƏBƏR LENTİ

“İdrak” liseyində şagird müəllimi güllələdi

“İdrak” liseyində şagird müəllimi güllələdi

06/02/2026 11:02
Abbas Əraqçi ABŞ-la danışıqlar üçün Omana yola düşüb

Abbas Əraqçi ABŞ-la danışıqlar üçün Omana yola düşüb

05/02/2026 23:58
Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarına münasibət bildirdi

Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarına münasibət bildirdi

05/02/2026 23:26
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

05/02/2026 22:57
Leyla Əliyeva yeni fotolar paylaşdı

Leyla Əliyeva yeni fotolar paylaşdı

05/02/2026 22:20
‘’Azərbaycanlıların’’ ‘’Azəri’’ sözündən xoşu gəlmir - Doğuş

‘’Azərbaycanlıların’’ ‘’Azəri’’ sözündən xoşu gəlmir - Doğuş

05/02/2026 21:53
Bakıda 6 yaşlı uşağa işgəncə verən dələduz "general"ın oğlu imiş

Bakıda 6 yaşlı uşağa işgəncə verən dələduz "general"ın oğlu imiş

05/02/2026 21:24
“Əliyev və Paşinyan yaxşı liderlərdir” - Tramp

“Əliyev və Paşinyan yaxşı liderlərdir” - Tramp

05/02/2026 20:56
Dəvələrin də pasportu olacaq

Dəvələrin də pasportu olacaq

05/02/2026 20:23
Əvvəl özünü “məsih” adlandırmışdı, indi isə cənnətlik olduğunu deyir

Əvvəl özünü “məsih” adlandırmışdı, indi isə cənnətlik olduğunu deyir

05/02/2026 20:14
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.