Bakının mərkəzində regionda analoqu olmayan yeni gözəllik konsepti – “Elbey Premium Beauty” salonunun açılışı keçirilib. Media nümayəndələri və gözəllik industriyasının tanınmış simalarının qatıldığı tədbir böyük maraqla qarşılanıb.
“Elbey Premium Beauty” yalnız salon deyil, texnologiya, sənətkarlıq və premium estetikanın bir araya gətirildiyi unikal bir məkandır. Mərkəzin qurucusu, Azərbaycanı beynəlxalq səhnədə uğurla təmsil edən stilist Elbey Ağayev, illərdir formalaşdırdığı vizionu gerçək bir layihəyə çevirərək Bakıya region səviyyəsində yenilik təqdim edib.
Açılışda bildirilib ki, salon Qafqazda öz konsepti ilə ilk olmaqla, paytaxtın gözəllik sənayesinə yeni mərhələ gətirməyi hədəfləyir.










