34 il öncə, 1991-ci il 20 noyabr tarixində Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycan dövlət nümayəndə heyətini daşıyan “Mi-8” helikopteri erməni silahlı qüvvələri tərəfindən vurularaq qəzaya uğramışdı.
Alyans.media xəbər verir ki, Hadisə nəticəsində 22 nəfər – dövlət xadimləri, yüksək rütbəli hərbçilər və jurnalistlər – şəhid olmuşdu. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, baş nazirin müavini Ziya Məmmədov və digər tanınmış şəxslər var idi.
Qarakənd faciəsi Azərbaycanın siyasi həyatına ciddi təsir göstərmiş, münaqişənin gərginləşməsində önəmli rol oynamışdır. İllər ötsə də, şəhidlərin xatirəsi dərin hörmət və ehtiramla yad edilir, faciənin dərsləri gələcək nəsillərə çatdırılır.










