Qaxda 77 yaşlı kişini minik avtomobili vuraraq öldürüb.
Alyans.medianın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə rayonun Güllük kəndində baş verib.
Belə ki, fevralın 1-i saat 21 radələrində Elmar Mənsumov idarə etdiyi “Mercedes” markalı avtomobillə həmin kənd sakini 1949-cu il təvəllüdlü Əliyev Abdurahman Hacımurad oğlunu minik avtomobili vurub.
Ağır bədən xəsarətləri alan 77 yaşlı kişi hadisə yerindəcə ölüb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.










