Qubada sərnişin avtobusu ilə yük maşını toqquşub.
Alyans.media xəbər verir ki, qəza Bakı-Quba avtomobil yolunun Vəlvələ kəndi ərazisindən keçən hissəsində baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Bakı-Quba yolunun 146-ci kilometrliyində baş verən yol-nəqliyyat hadisəsi saat 09:50 radələrində qeydə alınıb.
99 UB 358 dövlət nömrə nişanlı “Ford Transit” markalı avtomobil “Hunday Aero Siti” markalı avtobusla toqquşub. Qəza nəticəsində xəsarət alan “Ford Transit” markalı avtomobilin sürücüsü Elgün Əliyev xəstəxanada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır”.










