• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Siyasət

Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevə təbrik məktubu ünvanladı

19 Noyabr, 25 / 20:18
A A
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevə təbrik məktubu ünvanladı

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Alyans.media xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Əziz qardaşım.

Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə “Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı haqqında” qərarın yekdilliklə qəbul edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sözsüz ki, bu, tarixi miqyasda hadisədir. O, Mərkəzi Asiya və Azərbaycanın vahid geosiyasi və geoiqtisadi məkana çevrilməsini, beləliklə, xalqlarımızın və dövlətlərimizin qardaşlıq, mehriban qonşuluq, bərabərhüquqlu və əməkdaşlıq zəminində güclü birliyini, onların ayrılmazlığı və bölünməzliyi üzrə tarixi talelərinin düzgün qavranılmasını təcəssüm etdirir.

Qəti əminəm ki, qəbul edilən qərar tamamilə qanunauyğundur, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın tarixi inkişaf yolunu, onların zəruri ehtiyaclarını və həqiqi maraqlarını obyektiv şəkildə əks etdirir.

Əsrlər boyu xalqlarımızı coğrafi qonşuluq, ortaq sivilizasiya kökləri, mədəniyyət, adət-ənənə və mənəvi dəyərlərin yaxınlığı birləşdirib. Bununla da müstəqillik şəraitində qarşılıqlı münasibətlərin nadir arxetipik nümunəsi yaradılıb və bu gün o, hazırkı və gələcək kontinental proseslərin inkişafında – siyasətdə, iqtisadiyyatda, sosial məsələlərdə və humanitar sahələrdə güclü amildir.

Məhz Mərkəzi Asiya və Azərbaycan transkontinental, çoxvektorlu qarşılıqlı əlaqədə əsas vəsilə olmaq vəzifəsini öz öhdələrinə götürüblər, bu olmadan tarazlaşdırılmış, uğurlu və davamlı müasir iqtisadi arxitekturanın yaradılması mümkün deyil. Artıq ölkənizin bu ali məqsədin reallaşmasında iştirakı əlavə güclü siyasi-hüquqi təməllə möhkəmləndirilib.

Əziz qardaşım, Məşvərət Görüşü formatı bütün iştirakçılar üçün sülh, etimad, harmoniya, mehriban qonşuluq və qarşılıqlı faydalı tərəfdaşlığın təmin edilməsi üçün vacib platforma rolunu oynayır. Fəxr edirəm ki, Türkmənistan bu siyasi qarşılıqlı fəaliyyət formasının başlanğıcında dayanıb. Ölkəmizin Məşvərət Görüşünün yaradılması təşəbbüsü on beş ildən də çox əvvəl Özbəkistanda elan edilib və tam şəkildə dəstəklənib.

Növbəti addım Qazaxıstanda ilk rəsmi Məşvərət Görüşü oldu, burada çoxtərəfli dialoqun ideoloji təməlləri qoyuldu, onun uzunmüddətli məqsədləri və perspektivləri müəyyən edildi.

Bunun ardından razılaşdırılmış plana uyğun olaraq görüşlər Türkmənistanda, Qırğızıstanda və Tacikistanda keçirildi. Regiondaxili əməkdaşlığın əsas məsələləri və beynəlxalq gündəlik etimad əsasında və açıq atmosferdə müzakirə edildi, əhəmiyyətli qərarlar və razılaşmalar əldə olundu. Zaman bu formatın yaradılmasının düzgünlüyünü, onun aktuallığını və səmərəliliyini, xalqların və istisnasız olaraq bütün iştirakçı dövlətlərin fundamental maraqlarına uyğunluğunu göstərdi.

Qarşılıqlı anlaşmanın inkişafında, Məşvərət görüşlərinin əhəmiyyətinin və nüfuzunun artmasında yeni bir mərhələ Mərkəzi Asiya Dövlət Başçılarının Fəxri nişanının təsis edilməsi idi. Onun ilk laureatı Tacikistan Respublikasının Prezidenti oldu.

Hörmətli İlham Heydər oğlu, mənim üçün xüsusi qürur və şərəf hissi doğuran fakt ondan ibarətdir ki, ölkəmizin təklifi ilə bu ilin avqust ayında “Avaza” Milli Turizm Zonasında BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə üçüncü Konfransı (UNCLDC) zamanı Mərkəzi Asiya Dövlət Başçılarının növbədənkənar Məşvərət Görüşü təşkil edildi. Məhz bu görüşdə Türkmənistan Azərbaycanın Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qoşulmasını və bununla da bu formatda əsas iştirakçıya çevrilməsini, əlaqələrini və qardaş xalqlar ailəsinə hərtərəfli inteqrasiyasını daha da gücləndirməsini təklif etdi. Böyük sevinc hissi ilə qeyd etmək istəyirəm ki, bu təşəbbüs Daşkənddə Mərkəzi Asiya ölkələrinin prezidentləri tərəfindən tam dəstəklənib və ortaq rifaha doğru irəliləyişimiz üçün olduqca əhəmiyyətli və perspektivli bir fakta çevrilib.

İnanıram ki, Sizin ölkənizin siyasi nüfuzunu, onun nəhəng resurs, sənaye, texnoloji potensialını, mədəni və humanitar sahələrdə əldə olunmuş nailiyyətlərini nəzərə alaraq, Azərbaycanın Məşvərət Görüşləri formatına qoşulması ölkələrimizin və xalqlarımızın hərtərəfli yaxınlaşmasında həlledici amil, müasir regional və beynəlxalq inkişaf istiqamətlərində fəal iştirakın stimulu olacaq, məsuliyyətli, vahid mövqedən çıxış edən tərəfdaşlar, qlobal koordinasiya sistemində özünün layiqli rolunu və yerini dərk edən, qarşıya qoyulan məqsədlərə birlikdə çatmağa hazır olan Mərkəzi Asiya dövlətlərinin və Azərbaycanın rolunu, çəkisini artıracaq.

Hörmətli İlham Heydər oğlu, Sizi gələn il Türkmənistanda keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə əziz qardaş və dost qismində gözləyirik.

Ən səmimi təbriklərimi qəbul etməyinizi bir daha xahiş edirəm.

Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti vəzifənizdə və beynəlxalq fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, səadət, əmin-amanlıq və tərəqqi arzulayıram”.

Əvvəlki yazı

Ağcabədidə evin həyətindən meyit tapıldı

Növbəti yazı

Ağdamın işğaldan azad edilməsindən 5 il ötür

XƏBƏR LENTİ

NASA astronavtlara buna icazə verəcək

NASA astronavtlara buna icazə verəcək

06/02/2026 23:23
Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

06/02/2026 22:55
Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

06/02/2026 22:26
Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

06/02/2026 21:58
Rusiyada avtobusla yük maşını toqquşdu - 5 uşaq ölüb

Masallıda “Mercedes”lər toqquşdu - Ölən var

06/02/2026 21:36
Epşteynin sağ olduğu iddia olunur

Epşteynin sağ olduğu iddia olunur

06/02/2026 21:08
Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi

06/02/2026 20:41
Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

06/02/2026 20:14
Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

06/02/2026 19:52
Prezidentdən bu milli parklarla bağlı - Fərman

Prezidentdən bu milli parklarla bağlı - Fərman

06/02/2026 19:24
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.