Qusarda yol qəzasında 4 nəfər yaralanıb.
Alyans.media “Unikal”a istinadən xəbər verir ki, Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində 3 nəfər kişi, 1 nəfər qadın ağır xəsarət alıblar. Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Yaralıların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.










