Rusiya-Ukrayna müharibəsində gərginlik artır. Rusiya qüvvələri Ukraynanın şərqində yerləşən Pokrovsk şəhərinin nəzarətini ələ keçirməyə çox yaxındır.
Alyans.media CNN International-a istinadən xəbər verir ki, xəbər verir ki, Pokrovskun ələ keçirilməsi Putin üçün 21 aylıq hədəfin reallaşması və simvolik qələbə olacaq.
Ukrayna rəhbərliyi Rusiyanın şəhəri tam mühasirəyə aldığı barədə iddiaları rədd etsə də, cəbhədəki Ukrayna hərbçiləri vəziyyətin ağır olduğunu bildirirlər.
Bir ukraynalı komandan deyib: “Demək olar ki, mühasirədəyik, amma buna alışmışıq.”
Pokrovsk uğrunda döyüşlər hazırda müharibənin ən gərgin mərhələlərindən biri hesab olunur.










