Son günlər sosial şəbəkələrdə və bəzi media resurslarında Şahdağ Kurslarının təşkil etdiyi sınaq imtahanları ilə bağlı müxtəlif videolar və paylaşımlar yayılıb. Bu paylaşımlarda imtahanların gecikməsi və ya ləğv edilməsi ilə bağlı iddialar səsləndirilir.
Məsələ ilə əlaqədar Şahdağ Kursları rəhbərliyindən aldığımız mövqe açıqlamasında bildirilib ki,kütləvi sınaq imtahanlarında gecikmə və ya ləğv halları təşkilati və texniki səbəblərdən istənilən təhsil müəssisəsində baş verə bilər və bu, beynəlxalq praktikada da normal hal hesab olunur.
Rəhbərlik qeyd edir ki, imtahanların təxirə salınması imtahanın şəffaf keçirilməsi məqsədi daşıyır. Bu qərarlar məsuliyyətsizlik deyil, əksinə, obyektiv və zəruri addımlardır.
Həmçinin vurğulanır ki, Regional Təhsil İdarəsi ilə əməkdaşlıq məsələsi heç bir halda valideynlərin və şagirdlərin məcburi şəkildə hansısa kursa yönləndirilməsi anlamına gəlmir və bütün proses hüquqi çərçivədə həyata keçirilir.
Şahdağ Kursları rəhbərliyi ictimaiyyəti yayılan məlumatlara obyektiv yanaşmağa və rəsmi mövqeləri nəzərə almağa çağırır.










