Şikayətlər səngimir: “HTC” klinikasının həkimi Rauf Xəlilovla bağlı QALMAQALLI İDDİALAR
“HTC” klinikasının həkimi Rauf Xəlilovla bağlı narazılıqlar səngimək bilmir. Bir-birinin ardınca səsləndirilən şikayətlər, pasiyentlərin iddia etdikləri ciddi fəsadlar və cavabsız qalan suallar məsələni yenidən gündəmin mərkəzinə gətirib.
Alyans.media xəbər verir ki, şikayətçilərin bildirdiyinə görə, Rauf Xəlilovun həyata keçirdiyi bəzi tibbi əməliyyatlardan sonra pasiyentlərin bədənində çürümə halları, dərin yaralar və dəliklər yaranıb.
Müraciət edən şəxslər qeyd edirlər ki, bu iddiaları təsdiqləyən foto materiallar, yazışmalar və digər sübutlar mövcuddur və hazırda redaksiyanın ixtiyarındadır. Lakin şikayətçilərin şəxsi təhlükəsizliyi və xahişi nəzərə alınaraq, hazırkı mərhələdə sözügedən foto və yazışmalar ictimaiyyətə təqdim edilmir.
Bununla yanaşı, iddia olunur ki , Rauf Xəlilov tərəfindən onlara müxtəlif şirnikləndirici vədlər verilməklə məsələni ictimailəşdirməmək təklif olunub. Bildirilir ki, müəyyən şikayətçilərə problemin “sonradan həll ediləcəyi”, əlavə tibbi müdaxilələrin aparılacağı və ya başqa formada razı salınacaqları vəd edilərək susdurulmağa cəhd göstərilib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə Rauf Xəlilovun köməkçisi ilə, eləcə də adı çəkilən “HTC” klinikası ilə əlaqə saxlanılıb. Lakin redaksiyamızın müraciətlərinə baxmayaraq, indiyədək hər hansı rəsmi açıqlama və ya geri dönüş edilməyib.
Qeyd edək ki, səsləndirilən bütün bu məqamlar şikayətçilərin iddialarıdır. Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılıb-aparılmadığına dair hələlik açıq mənbələrdə rəsmi məlumat yoxdur.
Qeyd edek ki, xestexanada fealiyyet gosteren məhsul şəxs nə əməliyyat öncəsi, nədə əməliyyat sonrası pasyeyntə ödənişin qəbzini verməyib.
Redaksiyamız qarşı tərəfin mövqeyini dərc etməyə hər zaman hazırdır.










