• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Sofiyada Novruz bayramı qeyd olunub

26 Mart, 26 / 15:05
A A
Sofiyada Novruz bayramı qeyd olunub

Sofiya şəhərində Novruz bayramına həsr olunmuş “Bahar paralelləri: Azərbaycan – Bolqarıstan” adlı mədəni tədbir keçirilib.

 

Alyans.media xəbər verir ki ,tədbir Azərbaycanın Bolqarıstandakı səfirliyi və Bakı Slavyan universitetinin (BSU) Müqəddəs Kliment Oxridski adına Sofiya universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi tərəfindən, həmçinin Türk dilləri və mədəniyyətləri klubunun və UNESCO-nun Cənub-Şərqi Avropa üzrə qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Sofiyadakı Regional Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunub.

 

BSU-nin Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Sofiya Şıqayeva-Mitreska bu cür tədbirlərin universitet mühitində mədəniyyətlərarası dialoqun inkişafına və Azərbaycan mədəniyyətinin Bolqarıstanda tanıdılmasına xidmət etdiyini bildirib.

 

Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Nemət Əliyev UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilən Novruz bayramının yenilənmə, harmoniya və yeni başlanğıcı simvolu olduğunu, barışıq, həmrəylik və birgə dinc yaşamaq kimi dəyərləri təbliğ etdiyini qeyd edib. O, eyni zamanda BMT-nin Baş Assambleyasının Novruz bayramı ilə bağlı qəbul etdiyi müvafiq qətnamənin bu bayramın beynəlxalq səviyyədə tanınmasının və onun ümumbəşəri dəyərlər daşıdığının göstəricisi olduğunu bildirib.

 

UNESCO-nun Cənub-Şərqi Avropa üzrə Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Regional Mərkəzinin nümayəndəsi Lora Voiçeva qeyri-maddi mədəni irsin qorunması, ötürülməsi və təbliği baxımından bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb, ölkələr arasında mədəni dialoq, qarşılıqlı hörmət və əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyini bildirib.

 

Tədbirin mədəni proqramı Azərbaycan və Bolqarıstanın bahar ənənələri arasındakı paralellərə həsr olunub. Proqram çərçivəsində Novruz və bolqarların Baba Marta ənənəsinə həsr olunan Gəncə Rəsm Məktəbinin şagirdlərinin rəsmlərindən ibarət sərgi, eləcə də bolqar məktəbliləri və tələbələrinin hazırladıqları kompozisiyalardan ibarət sərgi təqdim olunub. Tələbələr Novruz və bolqarların Lazarovden bayramı haqqında müqayisəli təqdimatla çıxış edib, Azərbaycan və bolqar dillərində bahara həsr olunmuş şeirlər səsləndiriblər.

 

Tədbir birlik və həmrəylik ruhunu simvolizə edən Azərbaycan milli “Yallı” rəqsi ilə yekunlaşıb.

Əvvəlki yazı

Yağış yağacaq - Subasma halları istisna olunmur

Növbəti yazı

Ağdam sakini keçmiş təmas xəttində minaya düşüb

XƏBƏR LENTİ

Limonlu su içənlərin nəzərinə

Limonlu su içənlərin nəzərinə

04/04/2026 0:00
Bakıda bu marşrutlarla bağlı sərnişinlərə XƏBƏRDARLIQ

Bakıda bu marşrutlarla bağlı sərnişinlərə XƏBƏRDARLIQ

03/04/2026 23:53
BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var

BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var

03/04/2026 23:45
Hörmüz boğazındakı Türkiyə gəmilərinin aqibəti necə olacaq? 

Hörmüz boğazındakı Türkiyə gəmilərinin aqibəti necə olacaq?

 

03/04/2026 23:32
Pezeşkian İlham Əliyevə təşəkkür etdi 

Pezeşkian İlham Əliyevə təşəkkür etdi 

03/04/2026 23:17
"Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü"

"Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü"

03/04/2026 23:08
Qələbəyə işıq tutan qəhrəmanlar: Qanla yazılan döyüş nöqtəsi - MÜSAHİBƏ

Qələbəyə işıq tutan qəhrəmanlar: Qanla yazılan döyüş nöqtəsi - MÜSAHİBƏ

03/04/2026 23:00
Bakının mərkəzində hərəkət məhdudlaşdırıldı

Bakının mərkəzində hərəkət məhdudlaşdırıldı

03/04/2026 22:53
Təyyarə qəzası: ikinci pilot axtarılır

Təyyarə qəzası: ikinci pilot axtarılır

03/04/2026 22:44
Restoranlarda gizli "tələ": Müştərilərdən artıq pul necə alınır?

Restoranlarda gizli "tələ": Müştərilərdən artıq pul necə alınır?

03/04/2026 22:29
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.