Bakının Atletlər Kəndi ərazisində, Koroğlu metrostansiyası yaxınlığında iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Alyans.media xəbər verir ki, hadisə zamanı “Hyundai Elantra” markalı minik avtomobili ilə “Toyota RAV4” markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb.
Hadisədən sonra polis əməkdaşları əraziyə gəlib, yol hərəkətinin təhlükəsizliyi təmin edilib və qəzanın başvermə səbəbləri araşdırılır.
Əraziyə baxış zamanı avtomobillərdə əsasən maddi ziyanın yarandığı müşahidə olunub. Hadisə qısa müddətlik nəqliyyatın hərəkətində sıxlığa səbəb olsa da, daha sonra yol açılıb.
Sevinc Yarməmmədova










