Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.
Alyans.media Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Əliyev Vüsal Cəmal oğlu və həyat yoldaşı 2001-ci il təvəllüdlü Əliyeva Natəvan Əmin qızı, həmçinin 2022 və 2025-ci il təvəllüdlü övladları dəm qazından zəhərlənib.
Onlar dərhal xəstəxanaya çatdırılıblar.










