Suriyanın keçmiş vitse-prezidenti və keçmiş prezident Bəşər Əsədin əmisi Rifat əl-Əsəd 88 yaşında vəfat edib.
Alyans.media xəbər verir ki, onun ölüm xəbəri iki mənbəyə istinadla yayımlanıb.
Məlumata görə, Rifat əl-Əsəd çərşənbə axşamı Birləşmiş Ərəb Əmirliklərində dünyasını dəyişib. Ölüm səbəbi açıqlanmayıb.
Daha əvvəl Suriyada əskinaslarda Əsədlərin təsvirlərinin zeytun və güllərlə əvəz olunduğu bildirilmişdi.










