Paytaxtın Suraxanı rayonunda yerləşən təndir evlərindən birində ölüm hadisəsi qeydə alınıb.
Alyans.media xəbər verir ki, hadisə noyabrın 17-si saat 06 radələrində Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən təndir evində baş verib.
Belə ki, orada işləyən 1971-ci il təvəllüdlü Ruqiyyə Əskərova qəfil ölüb.
Onun infarktdan vəfat etməsi müəyyənləşdirilib.
Araşdırma aparılır.










