Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi Mətləb Musayev tutduğu vəzifədən kənarlaşdırılıb.
Bununla bağlı tibb müəssisəsinin rəhbərliyi tərəfindən müvafiq əmr imzalanıb.
Alyans.media -nın məlumatına görə, hazırda xəstəxanaya yeni rəhbər təyin olunmayıb.
Qeyd edək ki, Mətləb Musayev tanınmış müğənni Mənzurə Musayevanın qardaşıdır.










