• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Hadisə

Tanışını söyüşə görə bıçaqlayan şəxs: "Onu vurduqdan sonra qaçdım, iki gün bulvarda qaldım"

23 Yanvar, 26 / 10:15
A A
Tanışını söyüşə görə bıçaqlayan şəxs: "Onu vurduqdan sonra qaçdım, iki gün bulvarda qaldım"

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Rasim Orucovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmənin bəzi detalları məlum olub.

Alyans.media  xəbər verir ki, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə o, irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini deyib.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə 2025-ci il iyunun 6-da saat 23 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsində yerləşən marketin yaxınlığında baş verib. Həmin gün işdən çıxdıqdan sonra Rasim sözügedən marketin qarşısına gəlib. Marketə daxil olaraq bıçaq alıb – R.Orucovun bildirdiyinə görə, evdə xahiş ediblər. Marketdən çıxdıqdan sonra qarşısına əvvəldən tanıdığı zərərçəkmiş Məlik Bəşirov (adı və soyadı şərtidir) çıxıb və onlar bir-biri ilə salamlaşıblar.

Rasim qeyd edib ki, Məlik guya onun ünvanına söyüş söydüyünü iddia edib, lakin o, zərərçəkmişə belə bir ifadə işlətmədiyini deyib. Daha sonra Məlik mübahisəni davam etdirmək üçün marketin arxa tərəfinə keçməyi təklif edib və onlar marketin arxa hissəsində, ağaclıq olan əraziyə gediblər. Orada Məlik yenidən ondan niyə söyüş söydüyünü soruşub. Təqsirləndirilən şəxs bu iddianı yenə təkzib edib. Bu zaman zərərçəkmiş onu itələyib. Bundan sonra təqsirləndirilən şəxs belində saxladığı bıçağı çıxararaq Məliyə bir dəfə zərbə endirib, daha sonra bıçağı hadisə yerinə ataraq qaçıb.

Məhkəmə iclasında verilən suallara cavab olaraq təqsirləndirilən şəxs söyləyib ki, Məliyi təxminən bir ildir tanıyır və onun Buzovna qəsəbəsində yaşadığını bilir. İbrahim, Əli və Amin adlı şəxsləri tanımadığını, ibtidai istintaq zamanı qorxu səbəbindən onların adlarını çəkdiyini deyib. O, hadisə zamanı Məliyin əlində hər hansı bıçaq görmədiyini, əvvəllər heç kimə qarşı bıçaq tətbiq etmədiyini də qeyd edib.

Rasim ifadəsində vurğulayıb ki, Məliyi vurduqdan sonra hadisə yerindən qaçıb, iki gün Dənizkənarı Park ərazisində qalıb, daha sonra əmisi tərəfindən polis idarəsinə aparılaraq könüllü şəkildə təslim olub. O, ibtidai istintaq mərhələsində həyəcanlı vəziyyətdə olduğu üçün ziddiyyətli ifadələr verdiyini etiraf edib.

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Məlik Bəşirov da ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxsi tanıyır və hadisə günü marketin qarşısında onunla rastlaşıb. Zərərçəkmişin sözlərinə görə, o, Rasimdən niyə onu söydüyünü soruşub, lakin qarşı tərəf bunu inkar edib. Daha sonra zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi insanların olmadığı yerə aparıb, aralarında mübahisə yaranıb və bu zaman Rasim marketdən aldığı bıçaqla ona zərbə vuraraq hadisə yerindən qaçıb.

Məlik məhkəmə iclasında əlavə olaraq bildirib ki, hazırda Rasimlə barışıb, ona qarşı heç bir şikayət və maddi tələbi yoxdur. Bununla bağlı müvafiq ərizəni məhkəməyə təqdim etdiyini də qeyd edib.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işinin materiallarında olan ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ayrı-ayrılıqda və məcmu şəkildə araşdırılıb. Məhkəmə bu sübutlara obyektiv hüquqi qiymət verərək nəticəyə gəlib ki, Rasim tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsində nəzərdə tutulan cinayət əməli törədilib.

İttiham aktına əsasən, 2008-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Rasim Orucov 2025-ci il iyunun 6-da saat 23 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsində yerləşən marketin yaxınlığında bir il əvvəl tanış olduğu zərərçəkmiş Məlik Bəşirovla rastlaşıb. Görüş zamanı zərərçəkmiş şəxs Rasimdən onun ünvanına təhqiramiz ifadələr işlədib-işlətmədiyini soruşub. Təqsirləndirilən şəxs belə ifadələr işlətmədiyini bildirdikdən sonra tərəflər arasında mübahisə yaranıb.

Mübahisə zamanı zərərçəkmiş şəxsin onu söyüb təhqir etməsi və fiziki təmas göstərməsi nəticəsində Rasim özünə qarşı zorakılıq olacağından ehtiyatlanaraq, şəxsi münasibətlərin pozulması zəminində Məliki cəzalandırmaq məqsədilə üzərində olan, istintaqla mənşəyi müəyyən edilməyən kəsici-deşici alətlə qəfil şəkildə onun qarın nahiyəsindən bir dəfə vurub.

Nəticədə zərərçəkmiş şəxsə daxili qanaxma, mədənin arxa divarının və köndələn çənbər bağırsağın zədələnməsi ilə müşayiət olunan, qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara yetirilib. Həmin xəsarətlər insan həyatı üçün təhlükəli olmaqla qəsdən sağlamlığa ağır zərərvurma kimi qiymətləndirilib.

Məhkəmənin hökmü ilə Rasim Orucova şərti cəza verilib.

Əvvəlki yazı

Bakı Dəmiryolu Vağzalında ölüm hadisəsi...

Növbəti yazı

Tolikin səhhətində qəfil problem yarandı

XƏBƏR LENTİ

Quş qripi və Nyukasl xəstəliyi ilə bağlı müayinə nəticələri açıqlandı

Quş qripi və Nyukasl xəstəliyi ilə bağlı müayinə nəticələri açıqlandı

06/02/2026 12:40
“Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır”

“Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır”

06/02/2026 12:16
Prezident iranlı naziri qəbul etdi 

Prezident iranlı naziri qəbul etdi 

06/02/2026 12:00
"Əsrin fəlakəti"ndən üç il ötür

"Əsrin fəlakəti"ndən üç il ötür

06/02/2026 11:53
Müəllimin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb

Müəllimin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb

06/02/2026 11:24
Özünə iynə vurandan sonra öldü

Özünə iynə vurandan sonra öldü

06/02/2026 11:02
Abbas Əraqçi ABŞ-la danışıqlar üçün Omana yola düşüb

Abbas Əraqçi ABŞ-la danışıqlar üçün Omana yola düşüb

05/02/2026 23:58
Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarına münasibət bildirdi

Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarına münasibət bildirdi

05/02/2026 23:26
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

05/02/2026 22:57
Leyla Əliyeva yeni fotolar paylaşdı

Leyla Əliyeva yeni fotolar paylaşdı

05/02/2026 22:20
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.