Gürcüstanda Türkiyə vətəndaşı həyat yoldaşını bıçaqlayıb.
Alyans.media Gürcüstan mediasına istinadən xəbər verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs mübahisə zəminində soyuq silahdan istifadə edərək həyat yoldaşına – 1986-cı il təvəllüdlü K.N.-yə xəsarət yetirib.
Gürcüstanın Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları ailə üzvünə qarşı sağlamlığa qəsdən yüngül xəsarət yetirmə ittihamı ilə Türkiyə Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü A.G.-ni saxlayıblar.
Yaralanan K.N. tibbi yardım göstərilməsi məqsədilə klinikaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində A.G. təqsirləndirilən şəxs qismində saxlanılıb. Polis tərəfindən maddi sübut kimi cinayətin törədilməsində istifadə olunan bıçaq götürülüb.










