ABŞ Prezidenti Donald Tramp bu gecəki çıxışında Venesuelaya qarşı genişmiqyaslı hərbi əməliyyatın başlandığını elan edə bilər.
Alyans.media xəbər verir ki, bu barədə jurnalist Taker Karlson Yutub kanalında məlumat verib.
Karlsonun sözlərinə görə, ABŞ Konqresinin üzvləri yaxınlaşan müharibə barədə məlumatlandırılıb və rəsmi açıqlama bu gün verilə bilər.
Qeyd edək ki, Ağ Ev rəhbəri Bakı vaxtı ilə saat 06:00-da xalqa müraciət edəcək.










