ABŞ prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda bildirib ki, Venesuela ABŞ-a neft satmaqla qarşıdakı altı ayda gəlirlərini son 20 ilin rekordunu üstələyəcək səviyyədə artıra bilər.
Alyans.media xəbər verir ki, Tramp həmçinin iri neft şirkətlərinin Venesuelaya əməkdaşlığa maraq göstərdiyini vurğulayıb.
O deyib: “Bütün əsas neft şirkətləri bizimlə birlikdə Venesuelaya gəlir. Bu, sadəcə inanılmazdır”.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Venesuelaya təsirini “qəddar silahlı işğal” adlandırıb.










