Kütahya’nın Simav rayonunda 3,8 bal gücündə zəlzələ baş verib
Alyans.media Türk mediasına istinadən xəbər verir ki, məlumatı AFAD (Fövqəladə Halların İdarə Olunması Agentliyi) yayıb. Bildirilir ki, Türkiyənin Kütahya vilayətinin Simav rayonunda 3,8 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 7,03 kilometr dərinlikdə yerləşib. Hadisənin mərkəzinin Simav rayonu olduğu bildirilib.
Hazırda bölgədə hər hansı bir dağıntı və ya xəsarət barədə məlumat verilməyib. Rəsmilər vəziyyəti yaxından izlədiklərini bildiriblər.










