Rusiyanın Vladikavkaz şəhərində güclü partlayış baş verib.
Alyans.media xəbər verir.
“Mash” Telegram kanalının məlumatına görə, hadisə pirotexniki məmulatların olduğu anbarda qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, partlayış güclü gurultu ilə müşayiət olunub, daha sonra təxminən 30 metr hündürlüyündə qara tüstü qatı havaya qalxıb.
Hadisə nəticəsində ən azı iki nəfər xəsarət alıb, onların vəziyyəti ağır qiymətləndirilir.










