• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Siyasət

Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

28 Yanvar, 26 / 19:20
A A
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.

Alyans.media xəbər verir ki, Sərəncamda deyilir:

– 2026-cı ildə böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illiyi tamam olur.

Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır. Zəmanəsinin ən müxtəlif elmlərini dərindən bilən və Şərqin çoxəsrlik mədəni ənənələri zəminində əzəmətlə yüksələn qüdrətli söz ustası şeiriyyətin zirvəsində dayanan sənət nümunələrindən ibarət zəngin bir irs qoyub getmişdir. Ədalətə çağırış, mübarizə ruhu və şəxsiyyət azadlığı, mənəvi ucalıq, insan ləyaqəti və idrakın gücünə inam bu nadir irsin səciyyəvi cəhətləridir. Mütəfəkkir sənətkar ictimai-fəlsəfi və didaktik-əxlaqi düşüncələrdən yoğrulan, yüksək estetik dəyərə malik humanist məzmunlu əsərlərində sosial-tarixi hadisələri özünəməxsus bədiiliklə mənalandırmış və bunlardan ibrət almağı tövsiyə etmişdir. Xaqani yaradıcılığında parlaq lirik lövhələrlə ifadəsini tapan vətənpərvərlik motivləri şairin doğma yurda və onun gözəlliklərinə sonsuz sevgisinin dolğun poetik təzahürüdür. Əsrinin mədəni həyatı ilə heyrətamiz dərəcədə sıx bağlı olan Xaqani Şirvani klassik ədəbiyyata qazandırdığı yeniliklərlə bütövlükdə Yaxın və Orta Şərq xalqlarının ədəbi-fəlsəfi fikrinin inkişafına qüvvətli təsir göstərmişdir. Sonrakı yüzilliklərin ustad şairləri Xaqani dühasına həmişə ehtiramla yanaşmış, məktəb kimi ondan bəhrələnmişlər.

Sərəncamla Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alınır:

– Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Əvvəlki yazı

Azərbaycanla Gürcüstan DİN-ləri arasında əməkdaşlıq haqqında Saziş təsdiqlənib

Növbəti yazı

UEFA Çempionlar Liqası: "Liverpul" - "Qarabağ"

XƏBƏR LENTİ

Terror fəaliyyəti ilə bağlı yeni cəzalar ilk oxunuşda qəbul edilib

Terror fəaliyyəti ilə bağlı yeni cəzalar ilk oxunuşda qəbul edilib

10/04/2026 13:17
Bu şəxslər işdən məcburi çıxarılacaq

Bu şəxslər işdən məcburi çıxarılacaq

10/04/2026 13:13
Starmer: Böyük Britaniya risklərə hazır olmalıdır

Starmer: Böyük Britaniya risklərə hazır olmalıdır

10/04/2026 13:10
Yazda Ankaraya qar yağdı

Yazda Ankaraya qar yağdı

10/04/2026 12:48
Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR

Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR

10/04/2026 12:22
Bələdiyyə sədrinin yalanı üzə çıxdı - 13 hektar sahə...

Bələdiyyə sədrinin yalanı üzə çıxdı - 13 hektar sahə...

10/04/2026 12:00
Qayınata təpiklə vurub kürəkəninin bağırsağını partlatdı

Qayınata təpiklə vurub kürəkəninin bağırsağını partlatdı

10/04/2026 11:34
Azərbaycan neftinin qiyməti açıqlandı

Azərbaycan neftinin qiyməti açıqlandı

10/04/2026 11:33
"Uzak şehir"in çəkilişləri DAYANDIRILDI

"Uzak şehir"in çəkilişləri DAYANDIRILDI

10/04/2026 11:09
Müctəba qonşularına müraciət etdi: Şeytanlar…

Müctəba qonşularına müraciət etdi: Şeytanlar…

10/04/2026 10:44
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.