• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Yasamaldakı yanğına görə klinika direktoru həbs edildi

24 Noyabr, 25 / 21:41
A A
Yasamaldakı yanğına görə klinika direktoru həbs edildi
Xəbər verildiyi kimi, noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Baş Prokurorluqdan Alyans.media-ya bildirilib ki, istintaq zamanı aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, çoxsaylı istintaq hərəkətləri icra edilib.
Hazırkı vaxtadək keçirilmiş tədbirlərilə müəyyən edilib ki, binanın zirzəmisində başlamış yanğın nəticəsində 3 sakin – Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova vəfat edib, 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.
Həmçinin, istintaqla, hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş “TAXES GROUP” MMC-in (Loft Klinika) qanuni təmsilçisi – direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları pozub ehtiyatsızlıqdan 3 şəxsin ölümünə, habelə digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Noyabrın 23-də Bəhruz Paşayev şübhəli şəxs qismində tutulub, noyabrın 24-də isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında B.Paşayevin barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və baş vermiş hadisədə təqsirli olan bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Əvvəlki yazı

Ərdoğan Ukrayna məsələsi ilə bağlı mövqeyini açıqladı

Növbəti yazı

Bəzi ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ

XƏBƏR LENTİ

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

06/02/2026 18:08
Baş nazirdən benzinlə bağlı Qərar - 30 gün sonra qüvvəyə minir

Baş nazirdən benzinlə bağlı Qərar - 30 gün sonra qüvvəyə minir

06/02/2026 17:36
"İdrak" liseyində bu məşhurların övladları da təhsil alırmış

Şagird, atası və liseyin mühafizəçisi həbs oluna bilər - AÇIQLAMA

06/02/2026 17:08
Həmin şagird liseyə belə daxil olubmuş – İLKİN GÖRÜNTÜLƏR

Həmin şagird liseyə belə daxil olubmuş – İLKİN GÖRÜNTÜLƏR

06/02/2026 17:03
Küləklə bağlı sarı xəbərdarlıq verilib 

Küləklə bağlı sarı xəbərdarlıq verilib 

06/02/2026 16:55
Azərbaycan XİN Pakistana başsağlığı verib 

Azərbaycan XİN Pakistana başsağlığı verib 

06/02/2026 16:30
Aliment ödəməkdən yayınanların nəzərinə!

Aliment ödəməkdən yayınanların nəzərinə!

06/02/2026 16:02
"İdrak" liseyində bu məşhurların övladları da təhsil alırmış

Mətbuat Şurasından “İdrak” liseyindəki hadisə ilə bağlı - Çağırış

06/02/2026 15:33
Nəriman Axundzadə üçün təklif var - Xaricə gedir

Nəriman Axundzadə üçün təklif var - Xaricə gedir

06/02/2026 15:09
Qafar Əliyev öz ərizəsi ilə təqaüdə göndərildi

Qafar Əliyev öz ərizəsi ilə təqaüdə göndərildi

06/02/2026 14:28
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.