• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə özəl

2026-cı ilin qış dəbi: Trend rənglər, zərif kombinlər və kiçik detallar ön planda

12 Yanvar, 26 / 16:55
A A
2026-cı ilin qış dəbi: Trend rənglər, zərif kombinlər və kiçik detallar ön planda

 

Moda daim dəyişir və hər mövsüm fərdi stilini ifadə etmək istəyənlər üçün yeni imkanlar açır.

2026-cı ilin qışı isə təbii tonlar, düzgün kombinasiyalar və zərif aksessuarlarla fərqlənəcək. Bu mövsüm geyim yalnız funksional deyil, həm də vizual olaraq eleqant və bahalı görünməlidir.

Bu fikirləri Alyans.media – ya  modelyer Şəlalə Maqsudova bildirib.

Modelyer onu da əlavə edib ki, 2026-cı ilin qış mövsümündə yaşılın müxtəlif tonları — kivi rəngi, zeytuni və soyuq yaşıl çalarları, zoğalı, qəhvəyi və ümumən tünd tonlar ön planda olacaq. Tünd şokolad və kül rəngi də qışın seçilən rəngləri sırasındadır. Klassik ağ və qara isə hər zaman olduğu kimi aktual qalır.

Şəlalə xanım vurğulayıb ki, mövsümə uyğun rənglərin düzgün kombinasiyası geyimi daha bahalı və eleqant göstərir. Xüsusilə tünd şokolad rəngi ağ, qırıq ağ və mavi tonlarla birləşdikdə obraz daha zərif görünür.

Modelyerin fikrincə  yalnız dəb deyil, rahatlıq və komfort əsas rol oynayır. Düzgün biçimli geyimlər həm dəbə uyğun olmalı, həm də insan üzərində özünü daşımalıdır.

Parça seçimlərinə gəldikdə, bu qış yun tərkibli materiallar, tvit parçalar, cins və dəri materialları, eləcə də süni xəzlər daha çox istifadə olunacaq. Bununla yanaşı, təbii parçalar — xüsusilə kətan qarışıqlı materiallar da trend olaraq qalacaq.

Aksessuarlar isə geyimin tamamlayıcı elementi sayılır. Şəlalə xanım bildirib ki, çanta, şərf və bijuteriyaların düzgün seçimi ümumi obrazı tamamlayır. 2026-cı ilin qışında isə kiçik ölçülü çantalar daha çox trend olacaq.

 

Ülkər Rəhmanqızı

 

Əvvəlki yazı

Azərbaycanlı müğənni ad günündən 173 000 AZN yığıb, 1 milyon AZN-ə ev aldı

Növbəti yazı

Yeni tədris ili üzrə xaricdə təhsil Dövlət Proqramının əhatə etdiyi universitet və proqramların siyahısı təsdiqlənib

XƏBƏR LENTİ

Zelenski Kiyev rəhbərliyini tənqid etdi

Zelenski Kiyev rəhbərliyini tənqid etdi

20/04/2026 22:40
Ülvi Məmmədov DÇ-də yarışacaq

Ülvi Məmmədov DÇ-də yarışacaq

20/04/2026 22:16
Tramp son sözü deyəcək

Onlarla görüşməkdə heç bir problemim yoxdu

20/04/2026 21:39
Dolu, yağış və küləkli hava şəraiti meyvələrin qiymətinə təsir edəcək?

Dolu, yağış və küləkli hava şəraiti meyvələrin qiymətinə təsir edəcək?

20/04/2026 21:19
Bakıda avtobus sürücüsü sükan arxasında vəfat etdi

Bakıda avtobus sürücüsü sükan arxasında vəfat etdi

20/04/2026 21:08
Ucarda 15 yaşlı qız ana oldu - Cinayət işi açıldı

Ucarda 15 yaşlı qız ana oldu - Cinayət işi açıldı

20/04/2026 20:53
“Bu şərtlər altında istənilən görüş vaxt itkisidir”

“Bu şərtlər altında istənilən görüş vaxt itkisidir”

20/04/2026 20:27
Azərbaycanda 12 uşağa görün nə adı QOYULUB?

Azərbaycanda 12 uşağa görün nə adı QOYULUB?

20/04/2026 20:02
Bakının bu ərazisində evlər kəskin ucuzlaşdı

Bakının bu ərazisində evlər kəskin ucuzlaşdı

20/04/2026 19:37
İmişlidə 59 yaşlı kişini cərəyan vurub öldürdü

İmişlidə 59 yaşlı kişini cərəyan vurub öldürdü

20/04/2026 19:10
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.