• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Dövlətə xəyanət faktı: DTX əməliyyat keçirdi

09 Yanvar, 26 / 15:02
A A
Dövlətə xəyanət faktı: DTX əməliyyat keçirdi

Xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının milli təhlükəsizliyinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkar edilərək qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Fərzəliyev Siyafət Heydər oğlunun dövlətə xəyanət etməsinə əsaslı şübhələr yaranmışdır.

 

Alyans.media  Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırmalarla müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının sakini Siyafət Fərzəliyev xarici ölkə ərazisində olarkən həmin dövlətin xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş, ölkəyə qayıtdıqdan sonra onların tapşırığı əsasında Naxçıvan şəhəri və Şahbuz rayonu ərazilərində yerləşən hərbi və digər strateji əhəmiyyətli obyektlərin videoçəkilişlərini apararaq xarici xüsusi xidmət orqanının nümayəndələrinə təqdim etmişdir.

Həmçinin qeyd olunan şəxsin yaşadığı mənzilə baxış keçirilərkən oradan “Kalaşnikov” tipli avtomat silahının ayrı-ayrı hissələri aşkarlanaraq götürülmüşdür.

Siyafət Fərzəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, doyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 274-cü (dövlətə xəyanət) maddələri ilə məsuliyyətə cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Əvvəlki yazı

Bu Azərbaycan kanallarının yayımı dayandırılacaq

Növbəti yazı

Bakı-Tehran reysi ləğv edildi 

XƏBƏR LENTİ

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

06/02/2026 23:58
NASA astronavtlara buna icazə verəcək

NASA astronavtlara buna icazə verəcək

06/02/2026 23:23
Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

06/02/2026 22:55
Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

06/02/2026 22:26
Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

06/02/2026 21:58
Rusiyada avtobusla yük maşını toqquşdu - 5 uşaq ölüb

Masallıda “Mercedes”lər toqquşdu - Ölən var

06/02/2026 21:36
Epşteynin sağ olduğu iddia olunur

Epşteynin sağ olduğu iddia olunur

06/02/2026 21:08
Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi

06/02/2026 20:41
Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

06/02/2026 20:14
Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

06/02/2026 19:52
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.