Alyans.media Ermənistan KİV-inə istinadən xəbər verir ki, Avropa İttifaqının xarici işlər nazirləri seçkilərə xarici müdaxilə, kiberhücumlar və qanunsuz siyasi maliyyələşdirmə də daxil olmaqla hibrid təhdidlərə qarşı mübarizədə Yerevanı dəstəkləmək üçün yeni mülki missiyanın yaradılmasını təsdiqləyiblər.
Missiyanın yaxın aylarda fəaliyyətə başlaması planlaşdırılır. Onun mandatı iki il müddətinə nəzərdə tutulub və rəsmi adı Ermənistan Respublikasında Avropa İttifaqı Tərəfdaşlıq Missiyası (EUPM Armenia) olacaq.
Ermənistan ötən ilin dekabr ayında missiyanın yenilənməsini xahiş etmişdi. Brüssel və Yerevanda keçirilən müzakirələrdən sonra Aİ səfirləri ötən həftə yekdilliklə qərarı təsdiqlədilər.










