• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“İran parçalanır” - Hakimiyyəti götürmək üçün komanda qurdu

09 Yanvar, 26 / 15:59
A A
“İran parçalanır” - Hakimiyyəti götürmək üçün komanda qurdu

“İran İslam Respublikası dərin parçalanma yaşayır, cəmiyyət demokratik keçidi mümkün edən mərhələyə çatıb”.

Alyans.media  xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi “Washington Post”da dərc olunan məqaləsində bildirib.

İranda davaç edən etiraz aksiyaları haqda yazan keçmiş şahzadə qeyd edib ki, cəmiyyət 47 ildən sonra ilk dəfə açıq şəkildə azadlığı üçün son döyüşə başlayıb.

Pəhləvi etirazların təkcə paytaxtla məhdudlaşmadığını vurğulayaraq yazıb ki, Tehrandan tutmuş ucqar şəhər və kəndlərədək iranlılar öz gələcəklərini geri almaq üçün həyatlarını riskə ataraq meydana çıxıblar. Onun sözlərinə görə, bu vəziyyət şəffaflıq, hazırlıq və məsuliyyətli liderlik tələb edir – təkcə İran daxilində yox, beynəlxalq səviyyədə də.

Rza Pəhləvi İranın hazırkı hakimiyyətinin vəziyyətini “indiyə qədər olduğundan daha zəif və daha parçalanmış” kimi təsvir edib və ötən il edamların kəskin şəkildə artmasına diqqət çəkib.

Müəllifin fikrincə, İranın 100-dən çox şəhərində etirazların genişlənməsi və rejimə qarşı şüarlar cəmiyyətin keçidi idarə edəcək birləşdirici simaya ehtiyac duyduğunu göstərir. O, bu rolu “hakimiyyətə hazır olan şəxs” kimi yox, “demokratiyaya milli keçidin zəmanətçisi” kimi qəbul etdiyini iddia edib.

Keçmiş şahzadə monarxiya tərəfdarlarından respublikaçılara, dünyəvi qüvvələrdən dini kəsimlərədək müxtəlif müxalifət spektrləri arasında koordinasiya yaratmaq səylərindən bəhs edərək, “İranın ərazi bütövlüyü, vətəndaşların hüquq bərabərliyi və dinlə dövlətin ayrılığı” prinsiplərini bu yaxınlaşmanın əsas oxu kimi göstərib. Ona görə, bu prinsiplər milli barışıq və gələcək idarəetmə formasına dair referendumun keçirilməsi ilə tamamlanmalıdır.

Pəhləvi keçiddən sonra xaos və ya qeyri-sabitlik ehtimalları ilə bağlı narahatlıqları “haqlı” adlandırıb və məhz bu səbəbdən planlaşdırmanın əsas əhəmiyyət daşıdığını vurğulayıb. O, “İranın çiçəklənməsi” layihəsinə də toxunaraq qeyd edib ki, bu, müxtəlif sahələrdə 100-dən artıq iranlı mütəxəssisdən ibarət şəbəkədir və nizamlı keçidin idarə olunması, eləcə də həyati xidmətlərin qorunması üçün ətraflı planlar hazırlayıb.

Müəllif məqalənin davamında hakimiyyət strukturları daxilindəki qüvvələrlə əlaqə üçün təhlükəsiz kanalların yaradıldığını bildirib və yazıb ki, silahlı qüvvələr, təhlükəsizlik qurumları və dövlət aparatının on minlərlə üzvü bu kanallar vasitəsilə rejimdən uzaqlaşmağa və xalqla birgə hərəkət etməyə hazır olduqlarını bəyan ediblər.

Rza Pəhləvinin fikrincə, demokratik İran böhran mənbəyi olmaq əvəzinə, Yaxın Şərqdə sabitlik yaradan amilə çevrilə bilər. O, beynəlxalq ictimaiyyəti hadisələri kənardan izləməklə kifayətlənməməyə və İranın dinc və sabit keçidini təmin etmək üçün fəal rol oynamağa çağırıb.

Əvvəlki yazı

Bakı-Tehran reysi ləğv edildi 

Növbəti yazı

Prezident sərəncam imzaladı 

XƏBƏR LENTİ

Süni intellektlə saxta video və foto düzəldənlərin diqqətinə

Süni intellektlə saxta video və foto düzəldənlərin diqqətinə

21/04/2026 15:09
“Bakı Metropoliteni”: Bir saat ərzində metronun fəaliyyəti bərpa ediləcək 

“Bakı Metropoliteni”: Bir saat ərzində metronun fəaliyyəti bərpa ediləcək 

21/04/2026 15:00
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib

Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib

21/04/2026 14:51
Qubada yol qəzasında yaralananlardan birinin həyatını xilas etmək mümkün olmayıb

Qubada yol qəzasında yaralananlardan birinin həyatını xilas etmək mümkün olmayıb

21/04/2026 14:45
İran müharibəsi bioyanacağa tələbatı artırır

İran müharibəsi bioyanacağa tələbatı artırır

21/04/2026 14:38
Azərbaycana səfər edən turistlərin sayı 5%-ə yaxın azalıb

Azərbaycana səfər edən turistlərin sayı 5%-ə yaxın azalıb

21/04/2026 14:34
AYNA: Metro xətləri üzrə bütün marşrutlarda avtobusların sayı artırılır

AYNA: Metro xətləri üzrə bütün marşrutlarda avtobusların sayı artırılır

21/04/2026 14:21
Növbəti köç karvanı Ağdam şəhərinə çatıb

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb

21/04/2026 14:16
Tərbiyə məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək

Tərbiyə məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək

21/04/2026 14:06
NASA alimlərin ölümü və itkin düşməsini araşdırmaqda ABŞ federal qurumları ilə əməkdaşlıq edəcək

NASA alimlərin ölümü və itkin düşməsini araşdırmaqda ABŞ federal qurumları ilə əməkdaşlıq edəcək

21/04/2026 14:03
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.