“Bakı Metropoliteni”nin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.
Alyans.media xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
13.13
Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.
13.04
“Qara Qarayev–Nərimanov” mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
12.57
Bakı metrosunda təmas relsinə yüksək gərginliyin verilməsində yaranan nasazlıq zamanı metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
12:41
“Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, bu gün saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.
Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.










